Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə34/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   30   31   32   33   34   35   36   37   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Məlumat mübadiləsi - Bu o deməkdir ki, tədqiqat işini bitirmək üçün şagirdlər (iş formasından asılı olaraq qruplarda və ya cütlərdə) öz aralarında verilən tapşırıqla əlaqədar fikir mübadiləsi edirlər;

  • Məlumatın müzakirəsi və təşkili - Bu zaman şagirdlər (cütlər və ya qruplar) öz aralarında seçdikləri lider vasitəsilə qrupun tapşırıqla əlaqədar ümumi fikrini bütün sinfə və müəllimə çatdırırlar;

  • Nəticələrin çıxarılması - Müəllim məlumatları toplandıqdan sonra tədqiqat işi ilə əlaqədar yanlış, fikirlər varsa, lazimi istiqamət verir, ümumi nəticə çıxarılır;

  • Yaradıcı tətbiqetmə - Əldə olunan yeni biliklərə əsaslanaraq sinifdə və ya evdə müəllimin verdiyi tapşırığın yerinə yeririlməsi;

    7.Qiymətləndirmə və refleksiya. Fəal təlimdə qiymətləndirmə yalnız təqdimata görə deyil, həmçinin fəallığa görə, əməkdaşlığa görə və s. aparıla bılər. Bu zaman qruplar da biri-birinin işini qiymətləndirə bilər.
    Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Refleksiyanı həyata keçirmək üçün müəllim şagirdlərə suallar verir: Uşaqlar, bu gün dərsimizə nədən başladıq? Daha sonra nə etdik? Beləcə dərsin bütün mərhələləri şagirdlərin şüurunda bir daha canlanır. Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini və komponentlərini dərk etmiş olur.


    32.Öyrədici mühit və sinfin təşkili texnologiyaları.Təlimin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi öyrədici mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Öyrədici mühit üç komponentdən ibarətdir: 1) sosial-psixoloji mühit; 2) informasiya mühiti; 3) əşyavi mühit.
    Sosial-psixoloji mühit nə deməkdir? – Bu ,şagirdin digər insanlarla qarşılıqlı münasibətidir.Əməkdaşlıq, biri birini başa düşmə və köməklik mühiti təlimin effektivliyini artırır, təlim prosesinə emosionallıq verir, şagirdləri sözün əsil mənasında məktəbə doğru çevirir.
    İnformasiya mühiti: İnformasiya mühiti məlumat mənbələrinin bütün kompleksini öz tərkibinə daxil edir. Adətən məlumat mənbələrinin çox dar dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hallarda müəllim və dərs vəsaiti yeganə məlumat mənbəyi kimi çıxış edir. Bir çox məlumat mənbələrindən istifadə edilməməsi (bədii, ensiklopedik, elmi-populyar ədəbiyyat, müşahidə, televiziya, kino, mətbuat və s.) təlim prosesini kasıblaşdırır, müəllim və şagird arasında sərbəstliyin itməsinə səbəb olur.

    Yüklə 170,13 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   30   31   32   33   34   35   36   37   ...   62




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin