Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə35/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   31   32   33   34   35   36   37   38   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Əşyavi mühit: Əşyavi mühitin tərkibinə maddi-texniki resursların tam kompleksi daxildir. Bunlar aşağıdakılardır: - məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki avadanlıq, stendlər və s.; - təbii mühit: canlı və cansız təbiət; - yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s. Məktəb əşyavi mühiti daha geniş istifadə olunur. Məktəb binasının divarlarında uşaqların öyrənmə motivasiyasını stimullaşdıran stendlər (əyani və məlumatverici), uşaq işlərinin sərgisi, qəzetlər və s. asılır. Təəssüflər olsun ki, təbiət mühitinin imkanlarından təlim prosesində çox az istifadə olunur. Açıq havada dərslər və ekskursiyalar sisteminin işlənib hazırlanması, təbii mühitin öyrənilməsi ilə bağlı müxtəlif tapşırıq və məşğələlərin tədris proqramına daxil edilməsi vacibdir.
Öyrədici mühit şagirdin bilik əldə etmək, ünsiyyətdə, qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq etmək imkanlarını genişləndirir; şəxsiyyətin inkişafı üçün imkanları artırır..
Təlimdə ciddi nəticələri nə vaxt gözləmək olar? İlk növbədə şagirdi əhatə edən mühit onda canlı maraq oyatmalı, onu fəal işə axtarışa və kəşfə sövq etməlidir.Bu zaman onun tədris fəaliyyəti fiziki və psixoloji cəhətdən yüngülləşir və səmərəli təşkil olunur.
Öyrədici mühit təşkil edərkən, əvvəlcə sinfin maddi mühitindən başlamaq lazımdır.
Partalar, interaktiv iş qurmaq üçün partaları çevirmək və ətrafında şagirdləri otuzdurmaq lazım gəlir. Bu ona görə edilir ki sinifdə çevikliyin yaradılması üçün mümkün qədər çox məkan olsun və lazım gəldikdə partaların qrup işi üçün düzülməsinə imkan olsun. Nəzərə almaq lazımdır ki, şagirdlərin həmişə qrup halında oturması mütləq deyildir. Dərsin məqsədlərindən asılı olaraq ( məsələn bütün siniflə interaktiv iş aparmaq üçün) müəllim partaları ənənəvi formada da düzə bilər.
Divarlar. Sinfin divarında stendlərin olması zəruridir. Lakin onların az qismi uzun müddət dəyişilmədən qala bilər ( məs., dövlət rəmzlərinə aid stend, mühüm didaktik materiallar və s. ) .Qalan stendlər dinamik, çevik, yəni tez-tez dəyişilən olmalıdır. Onların bir qismi didaktik xarakterli keçilən dərslərlə bir başa əlaqəli olmalı digərləri isə şagirdlərin işlərinin nümunələrini əks etdirməlidir. çətinləşdirir.
Şkaflar. Şkaflarda lazımı kitablar, tədris ləvazimatı, didaktik materiallardan guşələr yaratmaq olar.Təlim materiallarının bir qismi müəllim valideyn və şagird tərəfindən hazırlana bilər. Şkaflarda ensiklopedik və bədii ədəbiyyatdan ibarət kiçik kitabxanaların olması da vacibdir.


Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin