Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Təlimin təşkilinin digər formaları



Yüklə 170,13 Kb.
səhifə36/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   32   33   34   35   36   37   38   39   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

33. Təlimin təşkilinin digər formaları
Təlimin təşkilinin köməkçi formaları da vardır. Təlimin dərsdənkənar və ya köməkçi təşkili formalarına aşağıdakılar daxildir:
Ev tapşırıqları; ekskursiyalar; dərnəklər; fakültativ məşğələlər; əlavə məşğələlər; praktikumlar; seminar və s.
Ev tapşırıqları – 2 cəhətdən dərslə əlaqədardır. Əvvəla, tapşırıqlar dərsdə öyrənilən materialı möhkəmləndirmək məqsədi güdür;İkinci həmin tapşırıqların icra vəziyyətini yoxlamaq növbəti dərsin tərkib hissələrindən biri olur. Ev tapşırıqlarının başlıca məqsədi şagirdlərin dərslərdə aldıqları bilik və bacarıqları genişləndirmək, dərinləşdirmək, unutmanın qarşısını almaq, həmçinin onların fərdi maraq və qabiliyyətlərini inkişaf etdirməkdir. Düzgün təşkil edilmiş sinifdənxaric təlim fəaliyyəti şagirdlərin inkişafında böyük rol oynayır, onların müstəqilliyinə, şüurluluğuna, fəallılığına, təşəbbüskarlığına istinad edir.
Ekskursiyalar – Sinfə və ya məktəbə gətirilməsi mümkün olmayan obyektlərlə şagirdləri tanış etmək üçün təşkil edilir. Ekskursiyaların bir neçə növü vardır:

  1. Təbiətə təşkil edilən ekskursiyalar. Ən çox coğrafiya, biologiya dərsləri üzrə təşkil edilir. Cisim və hadisələri təbii halda müşahidə etməyə imkan verir;

  2. İstehsalat ekskursiyaları – kimya, fizika, texnologiya fənləri üzrə təşkil edilir, şagirdləri fabrik və zavodlardakı istehsal prosesinin ən zəruri məsələləri ilə tanış etmək məqsədi güdür;

  3. Tarixi yerlərə “Şəhidlər Xiyabanı”na abidələrə təşkil edilən ekskursiyalar;

  4. İncəsənət ekskursiyaları – Ədəbiyyat, sərgilərə təşkil edilən ekskursiyalardır. Ekskursiyaların aparılması 3 mərhələdə həyata keçirilir:

  1. Hazırlıq mərhələsində gediləcək obyekt müəyyənləşdirilir, ekskursiyanın vaxtı təyin olunur, təşkilati işlər görülür;

  2. Ekskursiyanın gedişi – Bu mərhələdə şagirdlərə obyekt barədə müəllim və ya müəssisənin işçisi məlumat verir, şagirdlər müşahidələr aparır, qeydlər edirlər;

  3. Ekskursiyanın yekunu əsasən məktəbdə aparılır. Şagirdlər təəssüratlarını şifahi və ya yazılı formada ifadə edirlər.


Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin