Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Əxlaqi mövzuda məruzə və mühazirələr



Yüklə 170,13 Kb.
səhifə44/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   40   41   42   43   44   45   46   47   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Əxlaqi mövzuda məruzə və mühazirələr müəyyən əxlaqi ideyanı daha geniş şərh etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq məqsədi güdür. Onlar adətən, məktəbin yuxarı siniflərində keçirilir.
Disputlar tərbiyə məsələləri üzrə mübahisələrdir. Müxtəlif mövzularda belə mübahisələr keçirmək olar. Məsələın, “Xoşbəxtlik nədir?”, “Əsl insan kimə deyilir?”, “Həyatın mənası nədir?”, “Qızla oğlan dost ola bilərmi?”, “Hansı peşə yaxşıdır?” və s. Disputda müzakirə olunan məsələ üzrə hər kəs öz fikrini söyləyir, mövqeyini müdafiə etməyə çalışır.
Disput üç mərhələdə təşkil olunur: a) hazırlıq mərhələsində mövzu elan olunur, şagirdlər ədəbiyyatla tanış olub mübahisəyə hazırlaşırlar; b) disputun keçirilməsi mərhələsi müəllimin giriş sözü ilə başlayır; O, mübahisəli məqamları qeyd edir, sonra isə şagirdlər qoyulmuş problemlərlə bağlı öz fikirlərini bildirir, onları əsaslandırmağa çalışırlar; c) yekun mərhələsində müəllim mübahisə ilə bağlı səhv fikirləri məharətlə (heç kəsi tənqid etmədən) təhlil edib ümumiləşdirir, nəticə çıxarır.
Bədii əsərlərin müzakirəsi . Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir. O, həyatı və insan münasibətlərini dərk etməyə kömək göstərir. Bunu nəzərə alaraq tərbiyə işində bədii əsərlərin (filmlərin) müzakirəsindən geniş istifadə etmək lazımdır. Bədii əsərlərin müzakirəsinin təşkili qaydası disputda olduğu kimidir.
Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük təsir gücünə malik olur. Əksinə, tərbiyəçinin sözü ilə əməli düz gəlmədikdə onun yaxşı sözləri öz təsirini və inandırıcılığını itirir.
Müəllim və valideynlər uşaqların təqlidçilik meylini nəzərə alıb, onlara həmişə düzgün davranış nümunəsi göstərməlidirlər. Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif növ müsbət nümunələrdən (tarixi şəxsiyyətlər, görkəmli elm və mədəniyyət xadimlərinin, bədii əsər qəhrəmanlarının, yaşlıların, yoldaşların nümunələrindən) də istifadə edilməlidir.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin