Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini



Yüklə 170,13 Kb.
səhifə45/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   41   42   43   44   45   46   47   48   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

42.Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini
formalaşdıran metodlar (alışdırma)
Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. İnsan qəbul etdiyi mənəvi ideyanı, öz əqidə və inamını gündəlik davranış və rəftarında tətbiq edir, müəyyən fəaliyyətə alışır. Bu mənada bəzi pedaqoji mənbələrdə bu metodlar alışdırma metodları adlanır. Həmin metodlar müxtəlif formada olur: 1.İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi; 2. Tərbiyələndirici situasiyaların yaradılması metodu; 3. Tələb metodu; 4. İctimai rəy metodu; 5. Təmrin (məşq) metodu; 6. Rejim metodu.
İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır. Şəxsiyyət fəaliyyət prosesində formalaşır və inkişaf edir, yeni-yeni keyfiyyətlərə yiyələnir. Şagirdlərin cəlb olunduğu belə fəaliyyət növləri çoxdur: təlim, oyun, idman, əmək, bədii, elmi, ictimai, texniki fəaliyyət və s. Bu fəaliyyət sahələrinin hər biri böyük tərbiyə imkanlarına malikdir. Məsələn, oyun və idman insanın iradəsini möhkəmlədir, onda bir sıra müsbət keyfiyyətlər – kollektivçilik, dostluq, yoldaşlıq, intizam tərbiyə edir. İctimai iş insanda məsuliyyət, dəqiqlik, fəallıq, təşkilatçılıq keyfiyyətləri aşılayır. Buna görə də uşaq, yeniyetmə və gəncləri müxtəlif fəaliyyət növlərinə cəlb etmək, bu yolla onlarda düzgün davranış, ünsiyyət təcrübəsi formalaşdırmaq lazımdır.
Tərbiyələndirici situasiyaların yaradılması metodu. Ayrı-ayrı fəaliyyət növlərində belə situasiyalar yaradılır. Məsələn, müəllim xaraktercə eqoist uşağı oyunda elə rola cəlb edir ki, o, kiçik uşaqlara qayğı göstərsin, onları oyuncaqlarla təmin etsin.
Yeniyetmə və gənclərlə tərbiyə işində onları xüsusi ictimai vəzifələrə, tapşırıqlara cəlb etməklə təşkilatçılıq, yoldaşlıq, dəqiqlik və s. keyfiyyətləri formalaşdırmaq olar.
Tələb metodu .Tələb tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur. (A.S.Makarenko). Pedaqoji tələblər insanı müəyyən qaydaya alışdırmağa, adət yaratmağa, intizamı möhkəmləndirməyə kömək göstərir. Tələb həm də insanı müəyyən hərəkətlərdən çəkindirir və düz yola gətirir.
Tələb iki formada verilir:Birbaşa və dolayı yolla. Birbaşa tələb əmr, tapşırıq, sərəncam şəklində, dolayı yolla tələb isə xahiş, məsləhət, eyham, yumor, zarafat, lətifə, atalar sözlərindən istifadə etməklə verilir. Tələb verərkən tərbiyəçi müəyyən hədd gözləməli, tələbin real, gücəuyğun və ədalətli olmasını təmin etməli, onun yerinə yetirilməsinə nail olmalıdır.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin