Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə42/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   38   39   40   41   42   43   44   45   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Tərbiyədə yaşauyğunluq prinsipi. Müxtəlif yaş dövrlərində uşaqların davranış və hərəkətləri müxtəlif olur.
İbtidai siniflərdə şagirdlər müəllimin tələblərinə sözsüz əməl edirlərsə, yeniyetməlik dövründə, ilk gənclik yaşında məktəblilərin özünəməxsus xüsusiyyətləri, həyata baxışları meydana çıxır, onlar daha romantik olur, eşitdikləri sözə tənqidi münasibət bildirir və s.
Ona görə tərbiyə işinin məzmununu, forma və metodlarını tətbiq edərkən uşaqların həm yaş, həm də fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağı rəğbətləndirərkən və ya cəzalandırarkən da yaş xüsusiyyətləri nəzərə alınmalıdır.
Kollektivdə və kollektiv vasitəsilə tərbiyə prinsipi
Məktəbdə kollektivdən kənar şagird olmur. Kollektiv isə tərbiyənin ən qüdrətli amilidir.
Kollektivdə uşaqlar bii-biri üçün nümunə ourlar. Öz hərəkətlərini yoldaşlarının hərəkəti ilə müqayisə edir, yaxşıdırsa, ona bənzəməyə çalışır. Yaxşı təşkil olunmuş kollektidə şagirdlər yoldaşlarının köməyindən bəhrələnir, çoxluğun tərbiyəvi təsirindən ruhlanaraq daha yaxşı oxumağa, fəal olmağa, gözəl davranmağa çalışır, kollektivçilik, mütəşəkkillk, intizamlılıq, qarşılıqlı yardıma hazır olmaq kimi nəcib əxlaqi keyfiyyətlətə yiyələnir.
Tərbiyəvi tələblərdə vahidlik prinsipi
Uşağı əhatə edən mikro və makro mühitdə ona təsir edən qüvvələr çoxdur: Ata-ana, dostlar, müəllimlər, pedaqoji kollektivin digər üzvləri və b.
Şagrdin davranışına verilən tələblər o vaxt müsbət nəticələnər ki, bütün bu qüvvələr şagirdə vahid tələblə yanaşsın. Bu prinsip bir neçə istqamətdə yerinə yetirilir:

  1. Məktəblə ailənin təbiyəvi təsirində vahidlik

  2. Məktəb rəhbəri ilə pedaqoji kollektivin tələbləri arasında vahidliyin gözlənilməsi

  3. Məktəbin bütün müəllimlərinin tələbləri arasında vahidliyin gözlənilməsi.

Tərbiyədə nikbinlik prinsipi uşağın müsbət keyfiyyətlərinə istinad edərək onun mənfi keyfiyyətlərini aradan qaldırmağı nəzərdə tutur.


Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin