Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə37/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   33   34   35   36   37   38   39   40   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Fənn dərnəkləri – şagirdlərin maraq və meyllərinin inkişafında böyük rol oynayır. Şagirdlər bu dərnəklədə könüllü olaraq iştirak edirlər.
Əlavə məşğələlər – bu və ya digər səbəbdən təlimdə geri qalan şagirdlərlə və yaxud fənnə daha çox maraq göstərən, əlavə bilik və bacarıqlar əldə etmək istəyən şagirdlərlə təşkil olunur;
Fakültativ məşğələlər – şagirdlər maraqlarına uyğun gələn fənlər üzrə fakültətiv məşğələlərdə iştirak edirlər. Bu məşğələlər dərinləşdirilmiş proqram əsasında aparılır.
Praktikumlar - əsasən yuxarı siniflərdə tədris proqramlarına uyğun olaraq laboratoriyalarda, emalatxanada, məəktəbyani sahələrdə təşkil olunur. Şagirdlər daha çox müstəqil olur, avadanlıq və cihazlardan istifadə bacarıqlarına yiyələnir;
Seminar məşğələsiOrta məktəbdə əsasən, yuxarı siniflərdə humanitar fənlərin tədrisində müzakirə formasında təşkil edilir. tləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır.
34, 36.Azərbaycan ümumtəhsil məktəblərində yeni qiymətləndirmə mexanizminin tətbiqi
Məktəbdaxili qiymətləndirmənin növləri. Qiymətləndirmə standartları
13 yanvar 2009-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti “Ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası” adlı sənəd qəbul etmişdir.
Bu sənəddə qiymətləndirmənin 3 istiqaməti qeyd edilir: Beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə.
Hazırda məktəbdaxili qiymətləndirmənin aşağıdakı növlərindən istifadə olunur: diaqnostik, formativ və summativ qiymətləndirmə.
Diaqnostik qiymətləndirmənin məqsədi şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməkdir. Bu qiymətləndirmə dərs ilinin, bəhslərin və bölmələrin əvvəlində, şagird sinfini və ya məktəbini dəyişəndə aparılır. Diaqnostik qiymətləndirmənin vasitələrinəə müşahidə, söhbət, valideynlərlə müsahibə və s. aiddir. Bu qiymətləndirmə sinif jurnalında öz əksini tapmır.
Formativ qiymətləndirmə gündəlik qiymətləndirmə növüdür. Jurnala yazılmır. Meyarlar şəklində şagird gündəliyində və müəllimin qeyd dəftərində öz əksini tapır və “şagird çantası”- portfolioda toplanır. Formativ qiymətləndirmə zamanı şagirdin yalnız irəliləyişlərini deyil, geriləmələrini də izləmək mümkün olur.
Summativ qiymətləndirmə bəhs və bölmələrin sonunda şagirdlərin bacarıqlarının səviyyəsini ölçür. Kiçik və böyük summativ qiymətləndirməyə ayrılır.
Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmənin sonunda 6 həftədən gec olmayaraq keçirilir (müəllim tərəfindən hazırlanan testlər vasitəsi ilə) .
Qiymətlər jurnalda qeyd edilir. Əgər şagird üzürlü səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyibsə, jurnalda onun adının qarşısındakı xana diaqonal şəklində 2 yerə bölünür, surətdə q/b yazılır, məxrəc boş saxlanılır. 2 həftə müddətində şagirdlə kiçik summativ qiymətləndirmmə aparılır və nəticə məxrəcdə qeyd olunur. Kiçik s hərfi ilə işarə olunur.
Böyük summativ qiymətləndirmə yarımillərin sonunda keçirilir. Qiymətlər jurnalda qeyd olunur. Kiçik summativ qiymətləndirmə müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə direktorun müəyyən etdiyi xüsusi komissiya tərəfindən həyata keçirilir.
Əgər şagird üzürlü səbəbdən II yarımildə böyük summativ qiymətləndirmədə iştirak etməyibsə, 1 ay müddətində yenidən qiymətləndirmə keçirilir, əgər şagird ikinci dəfə də qiymətləndirmədə iştirak etməsə, onda I yarımildəki qiyməti olduğu kimi II yarımilə yazılır . Böyük S hərfi ilə işarə olunur(S1,S2).
Yarımillik qiymət çıxarılarkən kiçik və böyük summativ qiymətlər əsas götürülür. Kiçik summativin nəticələrinin 40%-i, böyük summativin nəticələrinin 60%-i əsas götürülməklə yarımillik qiymət aşağıdakı düsturla hesablanır:

Burada və s. kiçik summativlər, n-kiçik summativlərin sayı, -birinci yarımildə keçirilən böyük summativ, isə -birinci yarımil deməkdir.
İllik qiymət aşağıdakı düsturla müəyyən edilir:
İ =

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin