Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə39/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   35   36   37   38   39   40   41   42   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Müqayisəetmə tədqiqatları, monitorinqlər(qiymətləndirmə) vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı yaradılır. Beynəlxalq qiymətləndirmə üç ildən bir aparılır və əldə olunmuş nəticələr xarici ölkələrdə təhsil sahəsindəki nailiyyətlərlə müqayisə olunur.
XX əsrin 50-ci illərindən etibarən beynəlxalq qiymətləndirmə tədqiqatlarından istifadə olunmağa başlandı. İlk beynəlxalq qiymətləndirmə tədqiqatlarında ölkələrin təhsil səviyyəsi, oxu, yazı, ədəbiyyat, xarici dillər, İKT sahəsi üzrə biliklərə əsaslanaraq öyrənilirdi. Qısa müddətdən sonra ilk tədqiqatlarda iştirak etməyən bir çox ölkə də bu proqrama qoşuldu.. Hal-hazırda 60-a qədər ölkənin iştirak etdiyi beynəlxalq proqramlar müxtəlif ölkələrdə ibtidai təhsilin son sinifləri və orta məktəb şagirdlərinin təlim nailiyyətlərini müqayisəli şəkildə qiymətləndirməklə əsas fənlərin tədrisində keyfiyyət dəyişmələrinin tendensiyasını müəyyənləşdirir, eyni zamanda müxtəlif ölkələrin təhsil prosesinin təşkilinin əsasları haqqında məlumat toplayır. Onu da qeyd etmək lazımdır ki, bu proqramın iştirakçısı olan dövlətlər beynəlxalq qiymətləndirmənin nəticələrindən ölkənin təhsil səviyyəsini qiymətləndirmək, dünya təcrübəsini öyrənmək məqsədilə istifadə edirlər.

37. Tərbiyənin məqsədi və vəzifələri
Tərbiyə məqsədyönlü, planlı və mütəşəkkil prosesdir. Gənc nəsil tərbiyənin köməyilə milli və ümumbəşəri sərvətləri mənimsəyir, bəşəriyyətin zəngin tarixi təcrübəsinə yiyələnirlər. Tərbiyə prosesində şagirdlərdə müxtəlif qabiliyyətlər, fiziki qüvvələr inkişaf edir, xarakter əlamətlər, keyfiyyətlər formalaşır. Tərbiyə ərəb sözüdür (əl-tərbiyət), mənası bəsləyib yetişdirmək, qidalandırmaq, böyütmək deməkdir. Göründüyü kimi tərbiyə prosesində 2 tərəf iştirak edir. Tərbiyə tərbiyəçi ilə uşaq arasında ikitərəfli qarşılıqlı fəaliyyətdir. Bu prosesdə bir tərəfdən uşaq faydalı adətlərə və davranış qaydalarına yiyələnir, digər tərəfdən tərbiyəçinin özü də kamilləşir və inkişaf edir. Pedaqogikada tərbiyə anlayışı 3 mənada işlənilir:

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin