39, 40 . Tərbiyə prinsipləri ;Tərbiyə prinsiplərinin təsnifatı Tərbiyə prinsipləri dedikdə, tərbiyə prosesində rəhbər tutulan başlıca tələblər başa düşülür.
Tərbiyə prinsipləri tərbiyə prosesinin məzmununa, metodlarına, təşkili formalarına verilən başlıca tələblərdir.
Tərbiyə prinsiplərinin tətbiqində aşağıdakı tələblər nəzərə alınmalıdır:
Məcburilik – Tərbiyə prinsipləri məsləhət və ya tövsiyə deyil, onlar təcrübədə mütləq şəkildə həyata keçirilməlidir. Prinsiplərin kobud və sistemli şəkildə pozulması tərbiyə prosesinin səmərəliliyini aşağı salır;
Komplekslik – Bu o deməkdir ki, tərbiyə prinsipləri növbə ilə, ayrı-ayrı deyil, tərbiyə prosesinin bütün mərhələlərində eyni zamanda tətbiq olunmalıdır;
Eyni əhəmiyyətə maliklik – Tərbiyə prinsipləri arasında birinci və ikinci dərəcəli olanı yoxdur. Onların hamısı tərbiyə prosesində eyni dərəcədə əhəmiyyətlidir.
Tərbiyə prinsipləri hazır resesptlər və universal qaydalar deyil. Yeni onları əldə rəhbər tutaraq avtomatik olaraq müsbət nəticə əldə etmək olmaz. Yəni onlar tərbiyəçinin biliyini, təcrübəsini və ustalığını əvəz edə bilməz.
Tərbiyə prinsiplərinin təsnifatı müxtəlif yanaşmalar vardır. Yəni mövcud pedaqogika dərslikləri də onlar eyni şəkildə və ya eyni sayda təsnif olunmur. Tərbiyə praktikasında ən çox istifadə olunnan prinsiplər aşağıdakılardır:
Tərbiyədə məqsədyönlülük prinsipi;
Tərbiyədə hörmət və tələbkarlıq prinsipi;
Tərbiyədə yaşauyğunluq prinsipi;
Kollektivdə və kollektiv vasitəsilə tərbiyə prinsipi;
Nikbinlik prinsipi (müsbət keyfiyyətlərə istinad etmək) və s.
Tərbiyədə məqsədyönlülük prinsipi
Xalq arasında belə bir kəlam var: “Qarşıdakı ili düşünürsənsə - taxil ək;qabaqdan gələn onillikləri düşünürsə, ağac ək; əsrləri düşünürsənsə - uşaqları tərbiyə elə”. Deməli tərbiyə prosesində də, ilk növbədə məqsədi düşünmək lazımdır. Məqsəd aydın olarsa, ona çatmaq üçün hansı işləri və necə görmək məsələsi də aydın olar. Böyük rus pedaqoqu K.D.Uşinski tərbiyənin məqsədini bilməyin vacib olduğunu qeyd edərək yazırdı: “Yeni binanın bünövrəsini qoyarkən nə tikmək istədiyini bilməyən memar haqqında nə düşünürsünüzsə, öz tərbiyəvi fəaliyyətinin məqsədini bilməyən tərbiyəçi haqqında da eyni şeyləri demək lazımdır. Müasir dövrdə formalaşan gənc nəsil daha çevik, yaradıcı və təşəbbüskar olmalı, öz fəaliyyətlərində vətənpərvərlik, humanizm, prinsipallıq kimi insanı keyfiyyətləri daha qabarıq nümayiş etdirməlidir.
Tərbiyədə hörmət və tələbkarlıq prinsipi Bu prinsip uşaq şəxsiyyətinə humanist münasibət bəsləməyi, onun hüquq və azaqlıqlarına hörmət etməyi, onun fikirlərinə hörmətlə yanaşmağı bacarmalıdır.
Uşağa onun gücünə müvafiq tələblər vermək lazımdır. Fiziki cəza, şagirdin şərəf və ləyaqətini alçaldan digər cəza növləri tətbiq etmək olmaz.
Müəllim-tərbiyəçi şagird şəxsiyyətinə hörmətini və tələbkarlığını üzvi sürətdə əlaqələndirməyi bacarmalıdır.
Uşağa tələb verərkən bir sıra şərtlərə əməl olunmalıdır, yəni tələbi necə yerinə yetirməyi şagirdə izah etmək vacibdir.
Verilən tələb şagirdin anlaq səviyyəsinə və gücünə uyğun olmalıdır.
Tələbi yerinə yetirərkən uşaq çətinliyə rast gəlsə, ona kömək göstərməlidir.