Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Məktəb sənədlərinin öyrənilməsi və tərtibi



Yüklə 170,13 Kb.
səhifə62/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   54   55   56   57   58   59   60   61   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

60.Məktəb sənədlərinin öyrənilməsi və tərtibi
Məktəbin idarə olunması və ona rəhbərliklə bağlı müvafiq məktəb sənədlərinin düzgün tərtibi-aparılması və saxlanması da mühüm əhəmiyyət kəsb edir.
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin “Ümumtəhsil məktəbinə aid sənədlər” bölməsində məktəb sənədləri xarakterinə görə iki qrupa bölünür: birincisi, tədris-pedaqoji, ikincisi, maliyyə-təsərrüfat sənədləri
Tədris-pedaqoji sənədlərə şagirdin şəxsi işi, sinif jurnalı, dərsdənkənar məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, şagird kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, pedaqoji şuranın protokol kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı aiddir.
Maliyyə-təsərrüfat sənədlərinə məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı aiddir.
Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına məsuliyyət daşıyan şəxslər qanunvericiliyə əsasən məktəb direktorunun əmri ilə təyin olunurlar.

Məktəb sənədləri aydın xətlə səliqəli və dəqiq yazılmalı, onların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralamalara yol verilməməlidir.


Diqqətsizlik səbəbindən hər hansı bir məktəb sənədində düzəliş və qaralama edilərsə, onların üzərindən xətt çəkilib yanında düzgün olanı yazılır, xətaya yol verən şəxs tərəfindən imzalanır və məktəbin möhürü ilə təsdiq olunur. Məktəb sənədləri nin məktəbdə saxlanılma müddətləri də müxtəlifdir. Məsələn, şagirdlərin şəxsi işləri və sinif jurnalları onlar məktəbi bitirdikdən sonra 5 il məktəbdə saxlanılır.
Ümumi orta və tam orta təhsil haqqında attestatların, həmçinin qızıl və gümüş medalların verilməsi haqqında kitab, Pedaqoji Şuranın iclas protokolları, məktəbin əmr kitabı, pedaqoji kadrların uçot kitabı, məktəbin əlifba kitabı daim saxlanılır.Əlifba kitabında məktəbdə təhsil alan bütün şagirdlərin siyahısı verilir.Məktəbə hazırlıq qrupunun jurnalı tədris ili bitdikdən sonra beş il saxlanılır.
Məktəbin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı olan bütün sənədlər daim məktəbdə saxlanılır.
Saxlanma müddəti başa çatmış məktəb sənədləri aktlaşdırılır və məhv edilir.
Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin