Fiziki tərbiyə Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
1) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
2) məktəblilərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq;
3) uşaq və gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa, öz bədənini möhkəmlətməyə tələbat yaratmaq;
4) fiziki mədəniyyətə, gigiyena və təbabətə aid bilik və vərdişlər aşılamaq;
5) böyüyən nəsildə təlim, əmək və vətənin müdafiəsi üçün zəruri olan iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək, onlarda qorxu, inamsızlıq, səbirsizlik və s. kimi mənfi keyfiyyətləri aradan qaldırmaq əzmi formalaşdırmaq.
Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.Fiziki tərbiyənin vasitələrinə təbii amillər, fiziki təmrinlər, gigiyenik amillər daxildir.
Təbii amillər təbiətin sağlamlaşdırıcı qüvvələridir. Bura günəş, hava, su daxildir. İnsan orqanizminin təmiz havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır.Fiziki təmrinlərə gimnastika, oyun, idman və turizm daxildir.
Gigiyenik amillərə qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s. daxildir.
Məktəbdə fiziki tərbiyənin təşkili formalarınabədən tərbiyəsi dərsləri, fakültativ məşğələlər, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə sinifdənxaric və məktəbdənkənar tədbirlər daxildir.
50.Məktəbdə pedaqoji fəaliyyətin hədəfləri. Bu sual imtahan biletlərinə daxil edilməyib.
. 51. Məktəblə ailənin əlaqə formaları Məktəblə ailə arasında əlaqə həm fərdi , həm də kollektiv formada həyata keçirilir.Məktəbin ailə ilə fərdi əlaqə formalarından biri “ Valideyn günləri”nin keçirilməsidir. Adətən, ildə bir neçə dəfə keçirilən bu günlərdə bütün müəllimlər müəyyən olunmuş vaxtda məktəbdə olurlar. Hər müəllim onun üçün ayrılmış otaqda valideynləri qəbul edib, onlara ayrılıqda məsləhət verir.
Valideyn günləri valideyinlərin istədikləri müəllimlərlə görüşünü keçirmək üçün çox əlverişlidir. Valideyn məktəbə bir dəfə gəlməklə övladına dərs deyən bütün müəllimlərlə görüşməyə imkan tapır. Bu görüş zamanı valideynlər övladının təlim-tərbiyəsi üzrə onu maraqlandıran məsələləri müəllimlərdən öyrənir, uşağın tərbiyəsi üçün vahid hərəkət xətti müəyyənləşdirilir.
Bir çox məktəblərdə valideyn günləri maraqlı fomalarda keçirilir; valideynlər müəllimlərdən məsləhət almaqdan əlavə, mühazirə və söhbətlərə qulaq asır, kinofilimlərə baxır, şagirdlərin əl işləri və yeni pedaqoji ədəbiyyatla tanış olur, ailə tərbiyyəsinə aid təcrübə mübadiləsi edirlər.
Bundan əlavə müəllim valideynlərlə telefonla və şagird gündəlikləri vasitəsiləı fərdi əlaqə saxlaya bilər.
Məktəblə ailənin kollektiv əlaqə formalarına sinif və məktəb valideyn yığıncaqları, valideyn universitetləri, pedaqoji lektoriyalar və s. aiddir.
2. Sinif valideyn yığıncağının səmərəli təşkili üçün ona ciddi hazırlaşmaq tələb olunur. Bu hazırlıq, hər şeydən əvvəl, sinifdəki şagirdlərin təlim-tərbiyə göstəricilərini ətraflı təhlil etməyi, ayrı-ayrı şagirdlərin ailə şəraitini, ailədə tərbiyə işlərinin qoyuluşunu öyrənməyi nəzərdə tutur. Qabaqcıl sinif rəhbərləri valideyn iclasından əvvəl sinifdə dərs deyən fənn müəllimlərini və sinif valideyn komitəsi üzvlərini toplayıb, qarşıdakı yığıncağın gündəliyini müəyyən edir, onların qüvvəsi ilə ailə həyatından faktlar toplayırlar.
3. Məktəbin valideyinlərlə kollektiv formalarından olan ümumməktəb valideyn yığıncaqları məktəbin əksər valideynlərini əhatə etməklə, ildə 2-3 dəfə (ilin əvvəlində, ortası və sonunda) keçirilir. Bu yığıncaqlarda, adətən, bütün siniflərdə oxuyan şagirdlərin valideynlərini eyni dərəcədə maraqlandıran məsələlər müzakirə edilir. Ümumməktəb yığıncaqlarında valideynləri məktəb həyatındakı hadisələrlə, həmin məktəbin işi ilə, onun müvəffəqiyyət və nöqsanları, qarşıda duran vəzifələri ilə tanış etmək imkanı əldə edilir.
Valideyn universtetləri, adətən, valideyn fəallarını əhatə edir və onları sistematik pedaqoji biliklərlə silahlandirmaq məqsədini daşıyır. Bu yolla fəal valideynlərin sayını artırmaq, onların vasitəsi ilə digər ailələrə pedaqoji təsiri həyata keçirmək mümkündür.
Pedaqoji lektoriyalar fəhlə, qulluqçular və şirkətlər üçün müəssilərdə təşkil edilir və ailə tərbiyəsinin ən mühüm məsələlərinə həsr olunur. Valideyn universitetlərindən fərqli olaraq, pedaqoji lektoriyalar epizodik xarakter daşıyır. Bəzi yerlərdə lektoriyalar vlideyn universitetinin tərkib hissəsi kimi fəaliyyət göstərir və daimi xarakter daşıyır. Belə lektoriyalar vastəsi ilə müəssisələrdə valideyinlər üçün müntəzəm mühazirələr oxunur və s.