Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Məktəblə ictimaiyyətin qarşılıqlı iş birliyi. Bu sual imtahan biletlərinə daxil edilməyib



Yüklə 170,13 Kb.
səhifə55/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   51   52   53   54   55   56   57   58   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

52.Məktəblə ictimaiyyətin qarşılıqlı iş birliyi. Bu sual imtahan biletlərinə daxil edilməyib.
53. Məktəb valideyn komitəsinin işi.
Məktəb valideyn komitəsi şagirdlərin təlim-tərbiyəsini həyata keçirməkdə məktəbə kömək məqsədilə yaradılır.O hər il bir illik fəaliyyət planı tərtib edir və bunu sinif rəhbəri və tərbiyə işləri üzrə direktor müavini ilə birgə müzakirə edir.Pedaqoji kollektivin və ailənin uşaqlara vahid tərbiyəvi təsirini təmin etmək üçün ailə ilə məktəbin əlaqələrini möhkəmləndirir. Valideynləri məktəb həyatında, sinifdənkənar və məktəbdənkənar işlərin təşkilində fəal iştirak etməyə sövq edir.
Eyni zamanda əhali arasında geniş pedaqoji təbliğatın təşkilində iştirak edir.Məktəbin təsərrüfat və maddi-tədris bazasının möhkəmləndirilməsinə kömək edir. Uşaqların tərbiyəsində valideynlərin məsuliyyətini artırır.Uşaqların tərbiyəsinə laqeyd yanaşan valideynlərə içtimai təsir göstərir, onlara məktubla müraciət edir, şəxsən görüşüb söhbət edir. Şagirdlərin ictimai- faydalı əməyə, məktəbdə həyata keçirilən müxtəlif növlü tədbirlərə cəlb edilməsini təmin edir.
Məktəb valideyn komitəsi ilə yanaşı hər bir sinifdə də sinif valideyn komitəsi fəaliyyət göstərir.Sinif valideyn komitəsinin sədri sinif rəhbəri ilə valideynlərin görüşlərinin təşkilinə və keçirilməsinə kömək edir.Uşaqların hüquqlarının qorunmasında fəal iştirak edir, məktəbin digər nümayəndələri ilə birlikdə imkansız ailələri, şəhid və qazi ailələrini ziyarət edir, sinifdə yaranan münaqişəli vəziyyətlərin həllinə kömək edir.
Eyni zamanda lazımi tədris və metodik vəsaitlərin alınmasında, müxtəlif yarışların, müsabiqələrin, mərasimlərin, görüşlərin, bayram tədbirlərinin təşkili və keçirilməsində sinif rəhbərinə kömək edir.
“ Açıq qapı” günlərində valideynləri dərslərdə iştirak etməyə dəvət edir.
İstedadlı şagirdlərin qabiliyyətlərinin inkişafı, geridə qalan şagirdlərə kömək məqsədilə valideynlərlə söhbət aparır.
Sinif rəhbəri ilə birlikdə “ Yeniyetməlik dövrü və zərərli vərdişlər” , “ Ev tapşırıqlarının yerinə yetirilməsində şagirdlərə necə kömək etmək olar” mövzusunda valideynlərlə maarifləndirici söhbətlər aparır.



Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin