Əmək tərbiyəsi üzrə işlər Böyüməkdə olan nəslin əmək tərbiyəsi məktəbdə və ailədə, uşaq və gənclər birliklərində istehsalat kollektivlərində həyata keçirilir.
Şagirdlərin məktəbdə və məktəbdənkənar ictimai, ictimai-faydalı işlərdə iştirakı əmək tərbiyəsinin vəzifələrinin vəzifələrinə daxildir.
Ümumilikdə əmək tərbiyəsi aşağıdakı vəzifələrin həllinə kömək edir:
-Şagirdləri əməyə məhəbbət və əmək adamlarına hörmət ruhunda tərbiyə edir;
-Şagirdlərin müxtəlif əmək növlərində iştirakını, əməksevərliyk ruhund formalaşmasını təmin edir;
-Əməyin quruculuq işlərində və insanın şəxsi həyatındakı rolunu məktəblilərə düzgün dərk etdirir;
-Şagirdlərdə əmək intizam və əmək mədəniyyəti formalaşdırır;
-Məktəbliləri müasir sənayenin, kənd təsərrüfatının, tikintinin, nəqqliyyatın əsas sahələri ilə tanış edir.
Şagird əməyinin başlıca növləri aşağıdakılardır:
Özünəxidmət əməyi (buna məişət əməyi də deyilir). Ailədə uşağın öz əşyalarına, geyiminə səliqəli münasibəti, valideynlərə köməyi, məktəbdə sinif otağının, məktəbyani sahənin təmizliyində iştirakı buraya daxildir;
İctimai-faydalı əmək – yəni cəmiyyət xeyrinə əmək, xeyriyyəçilik fəaliyyəti, yaşıllaşdırma işləri, təbiət və mədəniyyət abidələrinin qorunması, ehtiyacı olan xəstə, kimsəsiz şəxslərə qayğı göstərilməsi və s. aiddir;
Məhsuldar əmək – maddi sərvətlər yaradılmasına yönəlmiş əməkdir. Məktbə emalatxanasında müxtəlif məmulatlar, oyuncaqlar hazırlamaq, şagird-istehsalat briqadalarında çalışmaq və s.
ibiyənin vasitələrinə təbii amillər, fiziki təmrinlər, gigiyenik amillər daxildir.
Təbii amillər təbiətin sağlamlaşdırıcı qüvvələridir. Bura günəş, hava, su daxildir. İnsan orqanizminin təmiz havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır.Fiziki təmrinlərə gimnastika, oyun, idman və turizm daxildir.
Gigiyenik amillərə qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s. daxildir.
Məktəbdə fiziki tərbiyənin təşkili formalarınabədən tərbiyəsi dərsləri, fakültativ məşğələlər, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə sinifdənxaric və məktəbdənkənar tədbirlər daxildir.