57.Ümumtəhsil məktəblərinin idarə edilməsində keyfiyyət təminatı Təhsil sahəsində keyfiyyət dedikdə, əvvəkcədən müəyyən edilmiş standartlara uyğun olaraq öyrənənlərin səviyyəsi, ümimilikdə təhsil sisteminin durumu başa düşülür. Təhsilin keyfiyyətinə bir neçə səviyyədə baxıla bilər. Müəllim səviyyəsində keyfiyyət dedikdə təhsilverənlərin tələb olunan səviyyədə bilik və bacarıqlara, pedaqoji qabiliyyətlərə malik olması başa düşülür.Ölkəmizdə müəllimlərin diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi də məhz bu məqsədə, yəni təhsiverənlərin hazırlığının keyfiyyətini yoxlamağa xidmət edir.
Şagird səviyyəsində keyfiyyət dedikdə, təhsilin məzmununun mənimsənilmü dərəcəsi başa düşülür. 4-cü və 9-cu siniflərdə həyata keçirilən milli qiymətləndirmə
Ölkəmizdə təhsilin ümumi vəziyyətini, keyfiyyət səviyyəsini müəyyən etməyə imkan yaradır.Şagirdlərin biliyinin əsas göstəriciləri- tamlığı, sistemliliyi,dərinliyi, genişliyi, yığcamlığı,möhkəmliyi, şüurluluğu və s müəyyən edilir.
Müasir dövrdə məktəbin digər fəaliyyət sahələri ilə yanaşı, onun idarə olunmasında da keyfiyyət təminatına xüsusi diqqət yetirilir.Ümümtəhsil məktəblərində təhsilin keyfiyyətinin idarə olunması üç texnologiyaya əsaslanır:
-məqsədə görə idarəetmə;
-prosesə görə idarəetmə;
-son nəticəyə görə idarəetmə.
Belə yanaşmalarda məktəbdə təlim keyfiyyətini yüksəltməyin minimum iki üsulundan istifadə etmək məqsədəuyğundur:
Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi, pedaqoji prosesin optimal modelinin hazırlanması və bütün pedaqoji kollektivin fəaliyyətini bu modelin həyata keçirilməsinə yönəltmək;
- məktəbdə həyata keçirilən təlim-tərbiyə işlərini ətraflı təhlil etmək,problemləri və çatışmazlıqları aşkar etmək və onların aradan qaldırılması yollarını müəyyənləşdirmək.
Ümumtəhsil məktəblərinin demokratik və humanist prinsiplər əsasında idarə olunması da təlim- tərbiyə prosesinin keyfiyyətinə təminat verir.Eyni zamanda məktəbin kadr potensialının yaxşılaşdırılması, maddi-texniki təminatın gücləndirilməsi və təhsil sisteminin modernləşdirilməsi də idarəetmənin keyfiyyətini yüksəldir. Keyfiyyətin idarə edilməsinin strukturu aşağıdakı pillələr üzrə müəyyənləşdirilir:
Birinci pillədə şagird özünüidarə təşkilatı, Pedaqoji Şura və məktəb valideyn Komitəsi əsasında formalaşan Məktəb Ali Şurası, ikinci pillədə məktəb direktoru, üçüncü pillədə direktorun müavinləri, dördüncü pillədə müəllimlər ( sinif rəhbərləri), tərbiyəçilər, beşinci pillədə şagirdlər , valideynlər durmalıdır.