Məktəbdaxili nəzarət idarəetmənin əsas tərkib hissələrindəndir.
Məktəbdaxili nəzarətin məqsədi - direktiv və normativ-hüquqi sənədlərdə irəli sürülən, məktəbin qarşısında qoyulan vəzifələrin icrasını maksimum təmin etməkdən ibarətdir. Nəzarətin qarşısında həmçinin pedaqoji prosesin yaxşılaşdırılmasına nail olmaq, təcrübəsiz müəllimlərə kömək göstərmək, işin vəziyyətini ətraflı öyrənməklə vaxtında təshih etmək kimi məqsədlər durur. Bu məqsədlərə əməl edildikdə işdəki səhvlərin qarşısını vaxtında almaq mümkün olur, təlim-tərbiyənin səmərəliliyi yüksəlir.
Məktəbdaxili nəzarət mürəkkəb məzmuna malik olmaqla geniş sahələri əhatə edir. Həmin sahələr daim bir-biri ilə qarşılıqlı əlaqədədır.
Pedaqogika dərsliklərində nəzarətin iki növü göstərilir:
tematik nəzarət; j
frontal nəzarət.
TematiK nəzarət pedaqoji kollektivin, qrup müəlliım lərin və ya ayrıca müəllimin fəaliyyəti sistemində hər hansı nonnret məsələnin dərindən öyrənilməsini nəzərdş tutur. Deməli, tematik nəzarətin məzmununu pedaqoji prosesin müxtəlif istiqamətləri təşkil edir. Məktəbdə tətbiq edilən innovasiyalar, qabaqcıl pedaqoji təcrübənin tətbiqinin nəticələri də tematiK nəzarətin məzmununu təşKİl edə bilər. | Frontal nəzarət pedaqoji kollektivin, metodbirləşmələrin və ya ayrıca müəllimin fəaliyyətini hərtərəfli öyrənməyi nəzərdə tutur. Belə yoxlamanın çətinliyini, çox sayda adamların yoxlama işinə cəlb olunmasını nəzərə alaraq tədris ilində 2-3 dəfə keçirmək məqsədəuyğundur. Frontal nəzarət zamanı müəllimin fəaliyyətinin bütün istiqamətləri (tədris, tərbiyəvi, ictimai-pedaqoji, idarəetmə fəaliyyəti), təhsil müəssisəsinin bütün aspektləri öyrənilir.a və metodları da müxtəlifdir.
Məktəbdaxili nəzarətin təşkilinə aşağıdakı ümumi tələblər verilir:
Nəzarətin sistematİkİiyi. Bu, məktəbdə müntəzəm nəzarət sisteminin yaradılmasına yönəldilmişdir. Belə nəzarət pedaqoji prosesin bütün gedişini idarəetməyə imnan verir.
Nəzarətin obyektivliyi. Bu, pedaqoji kollektivin fəaliyyətini dövlət standartlarının və təhsil proqramlarının tələblərinə müvafiq işlənib hazırlanmış və razılaşdırılmış me’yarlar əsasında yoxlamağa imkan verir.
Nəzarətin tə'sirliliyi. Keçirilən nəzarətin nəticələri pozitiv dəyişiklikİərə, üzə çıxarılan nöqsanların aradan qaldırılmasına gətirib çıxarmalıdır.
Nəzarəti həyata keçirənin səriştəli olması. Bu, nəzarətinpredmetini, nəzarətin metodiKasını bilməyi, işdə yaxşı cəhətləri və nöqsanları görməyi, nəzarətin nəticələrinin inkişafını proqnozlaşdırmağı bacarmağı nəzərdə tutur.