47 .Şagirdlərin əxlaq və əmək tərbiyəsinin məzmunu və vəzifələri Əxlaq - insanların əməyə, biri-birini ailəyə, cəmiyyətə, dövlətə münasibətin müəyyən edən və tarixən təəşəkkül tapmış davranış normalarıdır. Əxlaq normaları tarixən təşəkkül tapmış cəmiyyətdə kök salıb mühkəmlənmiş, heç bir yazılı qanunla müəyyənləşməsə də zaman-zaman nəsildən-nəslə ötürülərək insanlar arasında sevgini, əməkdaşlığı, xeyirxahlığı, dostluğu qarşılıqlı yardımı, həmrəyliyi bildirən əsas davranış normalarına çevrilmişdir.
Əxlaq tərbiyəsinin məzmununa bir çox keyfiyyətlər daxildir: Ən qədim zamanlardan bu günə qədər insanlar arasında yüksək qiymətləndirilən və uşaqlara aşılanması zəruri hesab edilən əxlaqi keyfiyyətlərdən biri əməksevərlikdir. Məktəbdə tərbiyə işi elə təşkil edilməlidir ki, hər bir uşaq əməkdə şüurlu surətdə iştirak etsin, xalq üçün, Vətən üçün faydalı işləri könüllü surətdə, vicdanla yerinə yetirsin.
Ən nəcib əxlaqi keyfiyyətlərdən biri də insanpərvərlikdir (humanizm).
İnsanpərvərlik yalnız ailə üzvləri arasındakı münasibətlərlə məhdudlaşır. Məktəb şagirdi elə formalaşdırmalıdır ki, böyüyə hörmət, kiçiyə qayğı, ehtiyacı olana, kümsəsisə, xəstəyə öz imkan qüvvəsi daxilində kömək etmək, insanlara həssas və qayğıkeşliklə yanaşmaq onun üçün adi hal olsun.
Nəcib əxlaqi sifətlərdən biri də həmrəylikdir. Tarixən insanlar yaşamaq, maddi nemətlər əldə etmək, uğrunda birgə mübarizə aparmışlar. Həmrəylik xüsusilə indiki şəraitdə - torpaqlarımızın 20%-nin işğal alrında olduğu, bir milyondan artıq soydaşımızın doğma yurd-yavalarından didərgin düşdüyü bir zamanda daha vacibdirş Gənclərimizin, bütövlükdə xalqımızın əqidə, fikir, məslək birliyi, düşmənə qarşıbütün sahələrdə əlbir mübarizəsi qələbəmizin təmin edilməsində mühüm əhəmiyyət kəsb edə bilər.
Nəcib əxlaqı keyfiyyətlərdən biri vətənpərvərlikdir. Vətənpərvərlik yalnız sözdə deyil, həm də əməldə özünü göstərməlidir. Bu gün məktəblərimizdə, vətənpərvərlik tərbiyəsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir, vətən sevgi, vətən qarşısında öz borcunu dərk etmək, vətənin müdafiəsinə hazır olmaq keyfiyyətləri aşılanır. Vətənpərvərlik mövzusunda disputlar keçirilir, intellektual oyunlar, hərbi idman oyunları təşkil edilir. Şagirdlər dərk etməlidir ki, onlar həm də yaxşı oxuçaqla, cəmiyyətin fəal qurucusu, peşəkar mütəxəssis kimi ölkəyə fayda verə və vətən qarşısında borcunu ödəyə bilər.
Nəcib əxlaqi sifətlərdən biri də dostluq və yoldaşlıqdır. Həqiqi dostluq və yoldaşlıq bütün zamanlarda insan həyatının ən qiymətli nemətlərin daha da möhkəmlənsin. Kütləvi tədbirlərdə - ekskursiyalarda, dərnəklərdə, idman yarışlarında birgə iştirak bu baxımdan faydalıdır.
Nəcib əxlaqİ keyfiyyətlər içərisində düzlük (işdə, əməldə düzlük) və doğruçuluq (sözdə doğruçu olmaq, yalan danışmamaq), sadəlik, təvazökarlıq kimi keyfiyyətlər də mühüm əhəmiyyət kəsb edir.