Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Tərbiyə metodları və texnologiyalarından məktəb təcrübəsində istifadə imkanları .---Bu sual imtahan biletlərinə daxil edilməyib



Yüklə 170,13 Kb.
səhifə48/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   44   45   46   47   48   49   50   51   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

44.Tərbiyə metodları və texnologiyalarından məktəb təcrübəsində istifadə imkanları .---Bu sual imtahan biletlərinə daxil edilməyib.
45.Tərbiyənin məzmunu ( tərkib hissələri).


Təhsil Haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, təhsilin başlıca vəzifəsi “ Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən ,vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.” Belə insan həm də bədəncə sağlam, fiziki cəhətdən qüvvətli və gümrah, ideya siyasi cəhətdən yetkin olmalı, yüksək zövqə sahib olmalı, hüquq,iqtisadiyyat və ekologiya sahəsində zəruri məlumata yiyələnməlidir.Bu cür şəxsiyyətlər yetişdirməkdən ötrü gənc nəsildə elmi dünyagörüşü formalaşdırmalı, ona əqli, əxlaqi, əmək tərbiyəsi, estetik,fiziki, hüquqi, ekoloji və iqtisadi tərbiyə verilməlidir.Bütün bunlar birlikdə tərbiyənin məzmununu ,əsas tərkib hissələrini təşkil edir. Onların hamısı hərtərəfli inkişaf etmiş insan yetişdirmək kimi ümumi bir məqsədə xidmət edir. Eyni zamanda hər birinin konkret məqsədi,məzmunu və vəzifələri də vardır.Və bunlar bur-biri ilə qarşılıqlı əlaqədə, sıx vəhdətdədir.Məsələn, əqli tərbiyə uşaqlarda zehni qüvvələrin,ideya-siyasi baxışların, dünyagörüşünün,nəcib əxlaqi sifətlərin və estetik hisslərin inkişafına müsbət təsir göstərir, eyni zamanda əmək tərbiyəsinin,peşəyönümünün, hüquqi, ekoloji və iqtisadi tərbiyənin elmi əsasını təşkil edir.
Fiziki tərbiyə şagirdlərin bədəncə ahəngdar inkişafını təmin etmək və sağlamlığını möhkəmləndirməklə, onları öz əxlaqi vəzifələrini yerinə yetirmələri üçün(xalq üçün çalışmaq, vətəni qorumağa hazır olmaq və s.) imkan yaradır.
Əxlaq tərbiyəsi şagirdləri əxlaqi biliklərlə silahlandırır, hüquqi normalara alışdırır və tərbiyənin digər qolları üçün də əlverişli şərait yaradır.
Estetik tərbiyə də öz növbəsində əqli, əxlaqi, fiziki və ekoloji tərbiyə ilə sıx əlqədardır.Məsələn,estetik tərbiyənin qüdrətli vasitəsi olan ədəbiyyat və incəsənət insanın zehnini inkişaf etdirir, adamda əxlaqi hisləri təkmilləşdirir.Estetik zövqü gözəl olan insan təbiətə qayğıkeş münasibət bəsləyir, ondakı gözəlliklərdən həzz alır, bu gözəlliyi qoruyur, yəni ekoloji mədəniyyətə sahib olur və s. Əxlaqi cəhətdən kamil insan hüquq normalarına, cəmiyyətin birgəyaşayış qaydalarına əməl edir,öz hüquq və vəzifələrini dərk edir, eyni zamanda başqalarının hüquq və azadlıqlarına ehtiram göstərir. İqtisadi təfəkkürə malik olan insan həm də qənaətcil, zəhmətsevər olur, praktik əmək bacarıqlarına və vərdişlərinə yiyələnir. Göründüyü kimi qarşılıqlı təsir tərbiyənin bütün tərkib hissələri üçün səciyyəvidir. Deməli, şəxsiyyətin hərtərəfli inkişafı tərbiyənin tərkib hissələrini birləşdirən vahid prosesdir.
Tərbiyə işinin məzmunu dedikdə onun tərkib hissələri və ya istiqamətləri, sahələri başa düşülür. Tərbiyənin məzmunu çox genişdir və bu bir çox tərbiyə sahələrini əhatə edir.Pedaqoji ədəbiyyatlarda tərbiyənin məzmunu və ya tərkib hissələri müxtəlif sayda və tərkibdə verilmişdir.Ümumiləşmiş şəkildə tərbiyənin məzmununu aşağıdakı kimi təsnif etmək olar: əqli tərbiyə, əxlaq tərbiyəsi, əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə, iqtisadi ekoloji və hüquqi tərbiyə.



Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin