Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Şagirdlərdə elmi dünya görüşününü formalaşdırılması. Əqli tərbiyə



Yüklə 170,13 Kb.
səhifə49/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   45   46   47   48   49   50   51   52   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

46. Şagirdlərdə elmi dünya görüşününü formalaşdırılması. Əqli tərbiyə
Dünyagörüşü – insanın real aləmə münasibətini müəyyən edən baxışlar sistemdir. Elmi dünyagörüşünə yiyələnmiş insan təbiətdə baş verən hadisələrin elmi mahiyyətini dərk etdiyindən onların baş verməsini fövqəltəbii qüvvələrlə əlaqələndirmir. Öz ağlının qüdrətinə inanır, əqidəsi uğrunda fəal mübarizə aparər, yaranmış vəziyyətdən səmərəli çıxış yolu tapa bilir, özünün cəmiyyətdəki yerini, həyati məsələləri düzgün qiymətləndirməyi bacarır. Ayrı-ayrı fənlərin tədris prosesində şagirdlər təbiət və cəmiyyətdə baş verən hadisələr, həyatın başlanğıcı, canlı orqanizmlərin inkişaf qanunauyğunluqları, təbiət hadisələrin sirri və s. məsələlər haqqında elmi biliklərə yiyələnir, hadisələr arasında səbəb-nəticə əlaqələrini dərk edir və tədricən onlarda elmi dünyagörüşü formalaşdırılı.r.
Əqli tərbiyə - müəllim və tərbiyəçini rəhbərliyi altında şagirdlərin əqli qüvvələrinin və təfəkkürünün məqsədyönlü şəkildə inkişaf etdirilməsi və onlarda elmi dünyagörüşünün formalaşdırılması prosesidir.
Əqli inkişaf əqli təribəyədən fərqlənir, çünki inkişaf yalnız müəllimin məqsədyönlü rəhbərliyilə deyil, uşağı əhatə edən bütün ətraf mühitin təsiri ilə baş verir.
Təlim əqli tərbiyənin mühüm vasitəsidir və şagirdlərin zehni qüvvələrinin, təfəkkürünün inkişafını təmin eidr. Məktəbdə tədris edilən bütün fənlər mahiyət etibarilə şagirdlərin əqli tərbiyəsi və xidmət edor. Şgirdlərin əqli tərbiyəsinin formalaşmasında fənn dərnəkləri də mühüm rol oynayır. Dərnək məşğələlərində şagirdlərr axtarıcılığıa, tədqiqatlar aparmağa sövq edirlir, onların yaradıcı, məntiqi və tənqidi təfəkkürü inkişaf edir.
İnkişaf etmiş ağıl aşağıdakı əlamətləri ilə fərqlənir:

  1. Ətraf aləmdəki hadisələrə aktiv münasibət ilə;

  2. Sistemliliyi ilə - Sistemli ağıla malik insanlar öz fəaliyyətini düzgün təşkil edir, yaxşı nəticələr qazana bilir.

  3. Həcmi ilə - Ağlın həcmi onun sistemliliyi ilə bağlıdır.

Sistemli ağıla yiyələnmiş şagird əsas təgəkkür əməliyyatlarını (təhlil, tərkib, ümumiləşdirmə, müqayisə etmə, təsnif etmə və s. ) çətinlik çəkmədən yerinə yetirir.


Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin