Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə9/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   5   6   7   8   9   10   11   12   ...   69
Pedaqogika imtahan cavabları

Pedaqoqun peşəkarlığı 
Flip təlimdə müəllimin rolu ənənəvi ilə müqayisədə daha yüksək əhəmiyyətə 
malikdir. O, dərsdə daim müşahidə aparmalı, hər mərhələdə əks-əlaqə yaratmalı, 
tapşırığı qiymətləndirməlidir. Peşəkar pedaqoq fəaliyyətini müntəzəm təhlil edir, 
həmkarları ilə təcrübə mübadiləsi aparır, tədris mühitindəki səs-küyə tolerant 
münasibət göstərir. O, “çevrilən” təlim mühitində diqqət mərkəzində dayanmasa 
da, flip təlimin əsas təşkilatçısı rolunda çıxış edir. 
10.Biliklərin tam mənimsədilməsi təliminin təsvirini verin. 
Öyrənənlərin hər birinin təlimdə müvəffəqiyyət qazanması, materialı 
mənimsəməsi hər zaman aktual problemlərdən biri olmuşdur. Qədim yunan 
filosofları da öz əsərlərində həmin məsələyə toxunmuşlar. Keçən əsrin 20-ci 
illərində Amerika məktəbləri bu metoda müraciət etmiş və onu tətbiq etməyə 
başlamışlar. Daha sonralar amerikalı psixoloq Conatan Kerol təlimin bu növünü 
geniş araşdırmış və müəyyənləşdirmişdir ki, ənənəvi təlim prosesi eyni şəraitdə 
və eyni qayda üzrə həyata keçir, hər kəsə eyni vaxt ayrılır, məlumat eyni tərzdə 


ötürülür, qiymətləndirmə eyni prinsipə əsasən təşkil olunur. B.Blum C.Kerolun 
ideyasını təkmilləşdirərək əlavə etmişdir ki, istənilən nailiyyəti əldə etmək üçün 
xüsusi qabiliyyət lazım deyil, bunun üçün müvafiq bilik və bacarıqların olması 
kifayətdir. Tədqiqatçı sonralar həmin ideyanı inkişaf etdirmiş, şagirdlərin 
qabiliyyətlərini, 
onların 
öyrənmə 
xüsusiyyətlərini 
müəyyən 
vaxtla 
məhdudlaşdırmayaraq araşdırmış, öyrənmə üçün ümumi şərait yaratmağın 
əleyhinə çıxmış və hər bir şagirdə fərdi yanaşmağı, onların qavrama qabiliyyətini 
nəzərə almağı məktəblilər üçün əlverişli təlim şəraiti yaratmağı təklif etmişdir. 
Şagirdlər səy göstərdikdə istənilən materialı mənimsəyə bilərlər, sadəcə onlara 
vaxt verilməli və müvafiq şərait təqdim olunmalıdır. Bu təlim metodu proqramı 
kiçik “addımlara” – hissələrə bölməyi, hər “addım”dan sonra formativ 
qiymətləndirmənin aparılmasını və şagirdlə əks-əlaqənin yaradılmasını təklif 
edir. Qiymətləndirmə formal xarakter daşımamalı, müəllim qiymətləndirmədən 
sonra şagirdlərlə əks-əlaqə yaradaraq, onlara fikir, qeyd və rəyini söyləməli, 
şagirdlər proqramı, məzmunu tam mənimsəməyənə qədər yeni mövzuya keçid 
alınmamalıdırlar.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin