Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsiz-liyi prinsipi. Bu prinsip insana göstərilən təsirlərdə, tələblərdə vahid mövqedən çıxışetməyi, ardıcıl olmağı nəzərdə tutur. Tələblərdə vahidlik hamının tərbiyə işinə eyni tələblə yanaşması deməkdir. Belə olduqda insana müəyyən davranış tərzini aşılamaq, onda müsbət adətlər yaratmaq asan olur. Vahidlik pozulduqda isə insanı hər hansı qaydaya alışdırmaq çətinləşir. Məsələn, gecikən tələbəni bir müəllim dərsə buraxır, o biri buraxmırsa, bu halda onda dəqiqlik, intizam adəti yaratmaq olmur; tələbə ümumi qaydaya yox, ayrı-ayrı müəllimlərin tələblərinə uyğunlaşır.
Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə tərbiyəsi prinsipi.Bu prinsip insanı təklikdə yox, kollektivdə, yalnız tərbiyəçinin təsiriilə yox, həm də kollektiv vasitəsilə tərbiyə etməyi nəzərdə tutur. İnsan kollektivdən kənarda, kollektiv müna- sibətlərə daxil olmadan şəxsiyyət kimi tərbiyə oluna bilməz. O, bu halda öz şəxsi mənafeyi üçün yaşayan fərdiyyətçi kimi böyüyür. Kollektivdə isə o, öz inkişafı üçün daha əlverişli imkan əldə edir, kollektivçikimiböyüyür.
Tərbiyə işində tərbiyəçinin (müəllimin) təsiri tələbə kollektivinin təsiri ilə birləşdikdə daha böyuk səmərə verir: kollektivin qəti tələbi ilə insanın daxili aləmində az vaxtda kəskin dönüş baş verir. Bunu “partlayış”nəzəriyyəsiadlandıran A.S.Makarenko kollektivi tərbiyə işinin başlıca forması, şəxsiyyətin tərbiyəçisi hesab edirdi.
Yuxarıda nəzərdən keçirilən tərbiyə prinsipləri qarşılıqlı vəhdət təşkil edir. Yalnız prinsiplərinqarşılıqlıəlaqədəgötürülməsitərbiyə işini səmərəli qurmağa, onu düzgün idarə və tənzim etməyə imkan verir. Müəllim insanın fərdi xüsusiyyətlərindən, real şərait və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yaradıcılıqla tətbiq etməyə çalışmalıdır.
Tərbiyə metodları
Tərbiyəmetodlarıanlayışı,onlarıntəsnifatı. “Metod” yunanca məqsədə çatmaq yolu deməkdir. “Metod” sözü ərəbcə “üsul” sözünün qarşılığıdır. Tərbiyə metodları qarşıda duran tərbiyə məqsədlərinə nail olmaq üçün istifadə olunan yollara deyilir.