Şüuruformalaşdıranmetodlar. Bu qrup metodların məqsədi insanın şüuruna tə- sir etməklə onda düzgün təsəvvürlər, inam və əqidə yaratmaqdan ibarətdir. Onların kö- məyi ilə gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə apar- maq lazım olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar.
Buna görə də bəzi pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandır- ma metodları da deyilir. Bu metodlar qrupuna əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr, disputlar, bədii əsərlərin (filmlərin) müzakirəsi, nümunə metodları daxildir.
Əxlaqisöhbətlərmüəyyən əxlaqi, siyasi, estetik keyfiyyətlərin mahiyyətini, məzmununu, şərtlərini izah etmək məqsədi güdən inandırma metodlarıdır. Belə söh- bətlər iki növdə olur: kollektiv və fərdi söhbətlər.
Fərdi söhbətin bir forması təxirə salınmış söhbətdir. Bu halda tələbə ilə söhbət qəbahət baş verən kimi aparılmır, müəyyən müddət ərzində təxirə salınır. Burada məq- səd insanı öz qəbahəti üzərində düşündürmək və onda peşimançılıq hissi oyatmaqdır.
Əxlaqi mövzuda məruzə və mühazirələr müəyyən əxlaqi ideyanı daha geniş şərh etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq məqsədi güdür.
Disputlar tərbiyə məsələləri üzrə mübahisələrdir. Disput yanlış təsəvvürləri üzə çıxarmağa və düzəltməyə imkan verir.
Bədii əsərlərin (filmlərin) müzakirəsi əxlaqi təsəvvür və ideyaların formalaş- masında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir: burada əxlaqi ideya mücərrəd şəkildə yox, konkret bədii obrazların nümunəsində açılır. Bu obrazlar əxlaqi ideyaları əyaniləşdirir.
Nümunəmetoduşüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük təsir gücünə malik olur.
Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif növ müsbət nümunələrdən (tarixi şəxsiyyətlərin, görkəmli elm və mədəniyyət xadimlərinin, bədii əsər qəhrəmanlarının, yaşlıların, yoldaşların nümunələrindən) də istifadə edilməlidir.