Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə75/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   90
lazım olsa əlavə mənbə

Əmək tərbiyəsi. Əmək tərbiyənin qüvvətli amilidir; o, insan şəxsiyyətinə güclü təsir göstərir. Şəxsiyyət tərbiyəsini əmək tərbiyəsi olmadan təsəvvür etmək mümkün deyildir. K.D.Uşinskinin sözləri ilə desək, tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu əməyə hazırlamalıdır. Əmək hər bir gəncin mənəvi tələbatına çevrilməlidir.
Əmək tərbiyəsi qarşısında bir sıra vəzifələr durur:

  • əmək bacarıq və vərdişləri, əmək mədəniyyəti və əməyə tələbat formalaş- dırmaq;

  • gənclərin mənəvi tərbiyəsinə, peşə-ixtisas hazırlığına kömək göstərmək. Əmək tərbiyəsi məzmunca çoxcəhətli və rəngarəngdir.

Tələbənin əsas əməyi təlim əməyidir. Buna görə də ali məktəbin başlıca vəzifəsi



  • I kursdan başlayaraq tələbələrə təlim əməyi vərdişləri, zehni əmək mədəniyyəti, əməyin elmi təşkili bacarıqları aşılamaqdan ibarətdir. Tələbələri öz təlim fəaliyyətlə- rini düzgün planlaşdırmağa, hər fənn üzrə səmərəli iş priyomlarının tətbiqinə, özünü- nəzarət və özünüqiymətləndirməyə geniş cəlb etmək lazımdır. Bu priyomlara yaxşı yiyələnməklə tələbələrdə özünütəhsil bacarıqları formalaşdırmaq asan olur.

Tələbənin əməyi təkcə təhsil əməyi ilə məhdudlaşmır. Buraya habelə özünəxid- mət əməyi, ictimai-faydalı əmək, məhsuldar əmək kimi sahələr daxildir. Ali məktəbdə özünəxidmət əməyi auditoriyaların təmiz saxlanması, kitabxana kitablarının təmiri, növbətçilik, iməciliklər formalarında həyata keçirilir.
İctimai-faydalı əmək növü ictimai faydası olan könüllü əməkdir.
Məhsuldar əmək bilavasitə müəyyən məhsul istehsalı ilə bağlıdır. İstehsalat təcrübəsi keçən tələbələr müxtəlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq imkanı qazanırlar.


3. Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyəsi


Tələbələrin şəxsiyyət – Vətəndaş kimi formalaşmasında elmi dünyagörüşü, ideya-mənəvi və əmək tərbiyəsi ilə yanaşı tərbiyənin digər sahələrinin də böyük rolu vardır. Yüksək hazırlıqlı mütəxəssisi, dolğun şəxsiyyəti estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyə olmadan formalaşdırmaq çətindir. Buna görə də ali təhsil müəs- sisələrində bu sahələr də diqqət mərkəzində durmalıdır.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin