Pedaqoji ünsiyyət və tələbə şəxsiyyətinin inkişafında onun rolu
Ali məktəbdə tərbiyənin məqsədi və məzmunu
Tərbiyənin məqsədi dedikdə, pedaqoji fəaliyyətin son nəticəsi, yəni insan şəx- siyyətinin layihəsi başa düşülür.
Ali məktəbdə tərbiyənin başlıca məqsədi ahəngdar inkişaf etmiş şəxsiyyət –Vətəndaş yetişdirməkdir. Belə şəxsiyyət birtərəfli yox, bir çox cəhətdən (zehni, fiziki, mənəvi və s. cəhətdən) inkişaf etməlidir. Ahəngdar inkişaf etmiş şəxsiyyətin key- fiyyətləri çoxdur. Hər bir keyfiyyətin formalaşmasında tərbiyənin ayrı-ayrı tərkib hissələri aparıcı (dominant) rol oynayır. Bunu cədvəl şəklində nəzərdən keçirək.