Elmi dünyagörüşünün formalaşması. Dünyagörüşü insanın həyata baxışları sistemidir. O, şəxsiyyətin təməlini, sütununu təşkil edir, onun formalaşmasının mü- hüm göstəricisidir. Bitkin və sistemli dünyagörüşünə malik insan möhkəm həyat mövqeyi, məqsədyönlülüyü ilə seçilir. Dünyagörüşünün formalaşması üçün onun bü- tün struktur komponentlərinə – zehni, emosional və iradi komponentlərə təsir göstər-
mək lazımdır. Müəyyən ideyalar və baxışlar o zaman dünyagörüşünə çevrilir ki, tə- ləbə bilik və ideyaları şüurlu dərk etsin, onların həqiqiliyinə inansın (zehni kompo- nent); ideyaları daxilən hiss etsin, onlarla yaşasın, həyəcanlansın (emosional kom- ponent); həmin ideyaları öz davranışına, gündəlik əməli fəaliyyətə tətbiq etsin (iradi komponent). Qəlbin iştirakı olmadan şəxsi əqidə, dünyagörüşü formalaşdırmaq müm- kün deyildir: soyuq ürəkdə, yatmış ağılda yüksək hisslər, dünyagörüşü ideyaları ola bilməz.
İdeya və baxışların dünyagörüşünə çevrilməsi mürəkkəb prosesdir. Bunun üçün gənclərdə dünyaduyumu, həyat hadisələrinə münasibəti, onları təhlil edib qiymətlən- dirmək bacarıqları formalaşdırmaq lazımdır.
Dünyagörüşünün formalaşması bir çox amillərlə şərtlənir: cəmiyyət həyatı, in- sanın çoxcəhətli ictimai münasibətləri, müəllim və valideynlərin təsiri, təlim-tərbiyə prosesi, informasiya vasitələri, mütaliə və s. belə amillərdəndir.
Elmi dünyagörüşünün əsasını elmi biliklər, ideya və baxışlar təşkil edir.
Əqli (zehni) tərbiyə. Əqli tərbiyə dedikdə, insanın elmi biliklərə, zehni qabiliy- yətlərə yiyələnməsinə, yaradıcı düşünmə bacarıqlarının inkişafına yönələn təlim- tərbiyə prosesi başa düşülür. Əqli tərbiyə gənclərin dünyagörüşünün formalaşmasında həlledici rol oynayır.
Gənclik dövrü dünyanı dərk etmək, elmlərə daha intensiv yiyələnmək, intellek- tual həyatda özünü təsdiq etmək dövrüdür. Tələbə gənclər əqli əməyin gözəlliyini dərk etməli, təhsil onlar üçün sevinc mənbəyi, intellektual zənginlik mənbəyi olma- lıdır. Bu isə müəllimdən, onun elmi hazırlığından, erudisiyasından, elmi maraqlarının zənginliyindən, habelə tələbə qrupunun intellektual həyatının zənginliyindən, oradakı intellektual fondan (qrupdakı tələbələrin böyük qisminin təlimə fəal münasibətindən, elmi hazırlığından) çox asılıdır. Təcrübə göstərir ki, tələbə qrupunda intellektual fon nə qədər yüksək, intellektual həyat nə qədər zəngindirsə, tələbələr bir o qədər zehni cəhətdən fəal olurlar; hər kəs zehni əməkdə özünü təsdiq etməyə çalışır, elmi bilikləri əldə etməyə hərislik göstərir. Tək-tək zəif oxuyan tələbələr də belə zəngin intellektual həyatın təsiri ilə təlimə səy göstərirlər.
Tələbələrin fəal zehni işə cəlb edilməsi təlimin səmərəli təşkilindən, təlimdə ax- tarıcılıq, tədqiqatçılıq situasiyasının yaradılmasından çox asılıdır. Müəllim tələbələri zehni və əməli problemlərin həllinə, yaradıcı tapşırıqlara, elmi diskussiyalara geniş cəlb etməklə tədqiqatçı vəziyyətinə sala bilər. Axtarıcılıq, tədqiqatçılıq işi tələbəyə öz qüvvəsi ilə yeni elmi biliklər əldə etmək, elmi problemləri həll etmək sevinci – kəşf sevinci bəxş edir. Bu isə onda özünə hörmət, özünütəsdiq və iftixar hissləri yaradır. Təlimdə tədqiqatçılıq ünsürü – gənclərin zehni və mənəvi yüksəlişinin vacib şərtidir.
Dostları ilə paylaş: |