Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları



Yüklə 280,35 Kb.
səhifə69/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   90
lazım olsa əlavə mənbə

Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları. Tərbiyə işinin səmərəsi onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti, nəticələri ilə tanış olur, onu tənzim edir.
Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: gənclərin tərbiyə səviy- yəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular, fəaliyyət və davranışın, habelə gənclərə verilən ictimai tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s.
Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, tələbələri də özünənəzarətə, özünü- tərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Gənclərə özlərinə düz- gün qiymət verməyi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətləndirmə hallarının – özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir.
Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli peda- qoji təsirlərin heç də hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı təsir priyomlarından da istifadə olunur. Bu zaman gəncə birbaşa təsir göstərilmir, onun nöqsanları bilavasitə ona izah edilmir. Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar:

  • Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, gəncin intim hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxuma- ğa sövq edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəy- yən keyfiyyəti aşılamaq üçün tələbənin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlar- da tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s.

  • Fəaliyyətin davranış təcrübəsinin təşkili priyomları: tələbəni maraqlı fəaliyyətə (tapşırıqlara) cəlb etmək, zəif tələbələr üzərində hamilik işinə cəlb etmək, onun gücünə inam bildirmək, xahiş etmək, kollektivin fərdə təsirini təşkil etmək (“partlayış” və ya “heyrətləndirmə” priyomu).

  • Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, “gü-



nahkar” şəxs öz payını götürür).

  • Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: gəncə müəyyən işi yox- lamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti qrupda müzakirə edib qiymətləndirmək və s.

Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, gəncin yaş və fərdi xüsusiyyət- lərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir.



Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin