Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi



Yüklə 280,35 Kb.
səhifə70/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   90
lazım olsa əlavə mənbə

4. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi


Tərbiyə – sosial təcrübənin mənimsədilməsi məqsədi ilə gənc nəslə mütəşəkkil və planlı təsir göstərmək prosesidir. Pedaqoji təsirlər tərbiyənin ümumi məq- sədlərinə yönəlsə də, bir qayda olaraq, insanın fərdi psixi xüsusiyyətləri ilə şərt- lənir.
Tərbiyə işinin səmərəsi üçün hər bir tələbənin fərdi xüsusiyyətlərini nəzərə al- maqla ona fəal təsir göstərmək, onda müəyyən maraqlar və tələbatlar formalaş- dırmaq lazım gəlir. Bunun üçün, ilk növbədə, tərbiyə olunanları yaxşı öyrənmək, tanımaq mühüm şərtdir. Öyrənərək – tərbiyə etmək, tərbiyə edərək – öyrənmək lazımdır.
Tələbənin bu və ya digər keyfiyyətini, əməllərinin təzahürlərini bilmək azdır; bu təzahürlərin, hərəkət davranışın səbəblərini müəyyənləşdirmək mühüm şərtdir.
Tərbiyə prosesində tələbənin davranış və fəaliyyətinin əsl səbəblərini, motiv- lərini dəqiq aşkara çıxarmaqla onlara müvafiq tərbiyə təsirləri müəyyənləşdirib tətbiq etmək asan olur. Çox vaxt müəllim-tərbiyəçi tələbənin bu və ya digər hərə- kətinin hansı motivlə baş verdiyini düzgün müəyyənləşdirə bilmir. O, tələbənin hərəkətlərini həqiqətdə olduğundan fərqli motivlərlə əlaqələndirir və buna müvafiq olaraq yanlış təsir vasitələri tətbiq edir. Tələbə bununla razılaşmır, onda daxili etiraz baş qaldırır. Onlar arasında məna səddi, psixoloji maneə yaranır. Belə

olduqda müəllimin tətbiq etdiyi bütün tərbiyə vasitələri tələbəyə təsirsiz qalır, ondan yan keçir.


Müəllimlə tələbə arasında yaranan psixoloji maneənin bir səbəbi eyni tələbəyə eyni təsir vasitələrinin dəfələrlə tətbiq edilməsidir (xüsusən onların tətbiqi müsbət nəticə vermədiyi hallarda).
Müəllimlə tələbə arasında psixoloji maneənin digər bir səbəbi də müəllimin
ədalətsizliyi, haqsız cəzası, çoxlu çətin tələblər verməsidir.
Müəllimlə tələbə arasındakı psixoloji maneəni aradan qaldırmağın əsas yolu onun yaranması səbəblərini aydınlaşdırmaqdan və bu əsasda tələbə ilə münasi- bətləri dəyişdirməkdən, qarşılıqlı anlaşma mühiti yaratmaqdan ibarətdir. Bu zaman əsas məsələ tələbənin yanlış qəbul etdiyi tərbiyəvi təsir priyomlarını aradan qaldırmaq və onun fərdi xüsusiyyətlərinə uyğun gələn yeni vasitə priyomları fərdi təsir mexanizmini tətbiq etməkdir.
Fərdi təsir mexanizmi bir neçə mərhələni özündə birləşdirir: tələbəni (onun fərdi xüsusiyyətlərini) öyrənmək  onun davranış və əməllərinin motivlərini, səbəblərini müəyyənləşdirmək  tələbə qarşısında konkret tərbiyə məqsədi qoymaq  məqsədə çatmağın vasitə və yollarını müəyyənləşdirmək  müsbət emosional vəziyyət yaratmaq  məqsədin həyata keçirilməsində tələbəyə kömək və nəzarət etmək  ilk uğurları qiymətləndirmək, həvəsləndirmək  tələbəni özünənəzarət və özünütərbiyəyə cəlb etmək.
Tələbənin məqsədə doğru hərəkətində uğursuzluq halları baş verdikdə onun sə-
bəblərini araşdımaq, bu səbəblərə müvafiq olaraq yeni pedaqoji vasitə və yollar tapıb tətbiq etmək lazım gəlir. Müəllimin tələbəyə fərdi təsiri kollektivin təsiri ilə uzlaşdıqda lazımi səmərə əldə etmək mümkündür.



Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin