Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Ahəngdar inkişaf etmiş şəxsiyyətin əsas keyfiyyətləri



Yüklə 280,35 Kb.
səhifə72/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   90
lazım olsa əlavə mənbə

Ahəngdar inkişaf etmiş şəxsiyyətin əsas keyfiyyətləri


  1. İntellektual keyfiyyətlər

  2. İdeya-mənəvi yetkinlik

Tərbiyənin tərkib hissələri





  1. Zehni (əqli) tərbiyə

  2. İdeya-mənəvi tərbiyə

  1. Əmək və peşə hazırlığı

  2. Estetik zövq

  3. Fiziki sağlamlıq, gümrahlıq

  4. Ekoloji, hüquq və iqtisadi mədəniyyət

  1. Əmək tərbiyəsi

  2. Estetik tərbiyə

  3. Fiziki tərbiyə

  4. Ekoloji, hüquq və iqtisadi tərbiyə

Şəxsiyyətin ahəngdar inkişafı üçün göstərilən tərbiyə sahələri kompleks şəkildə həyata keçirilməlidir.


Tərbiyənin məzmunu. Məqsəd – pedaqoji prosesin birinci ünsürüdür. O, fəa- liyyətin digər ünsürlərini – məzmun, vasitə və metodları müəyyən edir. Tərbiyənin məzmunu gənc nəslə aşılanacaq tərbiyə keyfiyyətlərinin məcmusudur. O, ahəngdar şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini özündə birləşdirir. Buraya elmi dün- yagörüşünün formalaşması, əqli tərbiyə, ideya-mənəvi tərbiyə, estetik tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, ekoloji, hüquq və iqtisadi tərbiyə daxildir. Bu tərbiyə sahələri tərbiyənin ümumi məqsədinin həyata keçirilməsində mühüm rol oynayır.
Tərbiyənin tərkib hissələri birlikdə ümumi məqsədin – ahəngdar şəxsiyyət tərbiyəsinin həyata keçirilməsində iştirak etsə də, onların hər biri özünə məxsus aparıcı (dominant) funksiyanı yerinə yetirir. Bütövlükdə tərbiyə prosesini səmərəli qurmaq üçün onun ayrı-ayrı tərkib hissələrinin xüsusiyyətlərini, vəzifələrini, məzmun və formalarını qısaca nəzərdən keçirək.


2. Tələbə gənclərin elmi dünyagörüşünün formalaşması, əqli, ideya-mənəvi və əmək tərbiyəsi


Şəxsiyyətin formalaşması çox erkən yaşlardan başlasa da, bu proses ali mək- təbdə daha intensiv şəkildə davam etdirilir. Ali məktəbdə tərbiyə prosesi mütəxəssis üçün zəruri olan keyfiyyətlərin, ilk növbədə elmi dünyagörüşünün formalaşmasına, şəxsiyyətin sosiallaşmasına yönəldilir.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin