Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   2   3   4   5   6   7   8   9   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

Fənnin hədəfi: 
Azərbaycan 
ədəbiyyatı tarixi 
fənninin 
əsas hədəfi 
təhsilalanların-tələbələrin ədəbiyyatımızın yaranması və inkişafı 



ilə bağlı nəzəri bilik və bacarıqlarını aşkar etmək, tədris ili 
boyunca əldə etdikləri bilik və vərdişləri sistematik olaraq 
anlamalarını təmin etmək, bu biliklərdən məntiqi nəticə çıxara 
bilmək qabiliyyətlərini aşkarlamaqdan ibarətdir. 
Fənnin məqsədi: 
Azərbaycan ədəbiyyatının yaranması və inkişafı haqqında 
mükəmməl məlumatların öyrənilməsi istiqamətində biliklərin 
ardıcıl və sistemli şəkildə formalaşdırılması; 
Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində qədim 
dövrün rolunun müəyyənləşdirilməsinin öyrədilməsi; 
Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində əldə edilmiş 
nailiyyətlərin öyrənilməsi; 
Azərbaycan ədəbiyyatının problemlərinin həllinə xidmət 
edən müasir metod və üsulları öyrənib tətbiq etmək; 
Fənnin mühüm məqsədlərindən 
biri də, tələbələrin 
öyrəndikləri bilikləri kommunikasiya zamanı düzgün istifadə 
etmələrinə zəmin yaratmaqdan ibarətdir. 
Tələbələrin interaktiv tapşırıqlar vasitəsilə düzgün istifadə 
metodlarını öyrənmək, onların nəzəri biliklərini üzə çıxarmaqla 
yanaşı, eyni zamanda tələbələrin təxəyyülünün inkişafına, 
yaradıcılıq qabiliyyətinin aşkarlanmasına köməklik göstərmək də 
bu fənnin qarşısında duran başlıca məqsədlərindəndir. 
Fənnin tədrisi zamanı tələbələrin əldə etdikləri biliklərdən 
istifadə etməklə fikir mübadiləsi və müzakirəsində iştirak 
etməsini təmin etmək, onların interaktiv fəallıqlarını artırmaq, 
tələbələri öyrəndikləri mövzulara aid slaydlar və s. hazırlamağa 
həvəsləndirməkdən, onları müasir təlim metodlarından, yeni 
texnologiyalardan istifadəyə sövq etməkdən ibarətdir. 
Azərbaycan ədəbiyyatı tarixi fənninin təlim nəticələri: 
FTN 1. Qədim dövr ədəbiyyatının, ilkin yazılı nümunələri 
dövr, zaman və mühit baxımından səciyyələnməsi məslələsini 
sistemli şəkildə təsvir edir; 



FTN 
2. 
Azərbaycan 
ədəbiyyatının dövrləşməsi, onu 
şərtləndirən amillər, tarixi-mədəni prosesin dinamik mənzərəsi 
haqqında biliyi şərh edir; 
FTN 3. Azərbaycan ədəbiyyatının Qədim dövrünün türkdilli 
qaynaqlarını, Şərq mədəni təsəvvürləri anlamında təhlil edir; 
FTH 4. Ərəb və fars dillərində bizə çatan Azərbaycan ədəbiyyatı 
nümunələrinin mahiyyətini şərh edir; 
FTH 5 . Klassik ədəbiyyat nümayəndələrinin ədəbi- nəzəri 
fikirlərini dövrün mühitinə uyğun olaraq izah edir; 
FTN 6. Qədim yazılı ədəbiyyatın ümumi dinamikasını və 
zənginlik mənzərəsini dəyərləndirir; 
FTN 7. Orta əsrlər ədəbiyyatının Azərbaycan ədəbiyyatı 
tarixində xüsusi mərhələ olmasını təsvir edir; 
FTN 8. Anadilli ədəbiyyatın ilkin yazılı nümunələrinin bu 
dövrə düşməsini şərh edir; 
FTN 9. Ərəbdilli və farsdilli Azərbaycan ədəbiyyatı ənənəsində 
ana dilində yazıb- yaratmanın ümumi mahiyyətini izah edir; 
FTN 10. XIII-XVIII 
əsrlərdə Azərbaycan ədəbiyyatı 
nümunələrini təhlil edir; 
FTN 11. Heca vəznli şeirin və anadilli ədəbiyyatın milli 
müəyyənlik müstəvisində aparıcı funksiyasını inkişaf etdirir; 
FTN 12. XIII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatının 
fundamental mənzərəsini qaynaqlar kontekstində dəyərləndirir; 
FTN 13. XIX əsr Azərbaycan ədəbiyyatının ümumi inkişaf 
dinamikası haqqında bitkin təsəvvürü təsvir edir; 
FTN 14. XIX əsr Azərbaycan ədəbiyyatının məzmun və 
mahiyyətini, ədəbiyyat tarixindəki yerini izah edir; 
FTN 15. Maarifçilik hərəkatının və yeni ədəbi mərhələnin 
məzmun və mündəricəsini şərh edir; 
FTN 16. İctimai- siyasi mühitin, Azərbaycanın Rusiya 
tərəfindən işğalının ədəbi- mədəni prosesə təsiri, baş verənlərə 
münasibəti təhlil edir; 
FTN 17. Milli mətbuatın, yeni tipli məktəblərin, dərsliklərin, 
uşaq ədəbiyyatının yaranması tarixini izah edir; 



FTN 18. Ayrı- ayrı bölgələrdə yaranan ədəbi məclislərin 
fəaliyyətini müqayisə edir; 
FTN 19. Yaradıcılıq axtarışlarında üslub, forma, təhkiyə və s. 
məsələlərin zənginləşmə faktları ilə əlaqədar sistemli təsəvvürü 
qiymətləndirir. 
FTN 20. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının 
ictimai-siyasi, ədəbi-mədəni mühiti təsvir edir; 
FTN 21. Müxtəlif tipli mətbu orqanlarının ictimai-mədəni 
mühitdə apardığı mücadilənin məzmununu şərh edir; 
FTN 22. Realist maarifçi ədəbiyyatın, ədəbiyyatın romantik 
qolunun nümayəndələrinin sənət kriteriyalarını müqayisə edir; 
FTN 23. Yeni dövr ədəbiyyatının sənət və düşüncə 
kriteriyalarını analiz edir; 
FTN 24. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının, 
nəsrinin, dramaturgiyasının, uşaq ədəbiyyatının, mətbuatın 
ümumi axarını şərh edir; 
FTN 25. Azərbaycan ədəbiyyatının dinamikasında mərhələ 
səciyyəsinin ümumi yanaşmalarda nələrlə xarakterizə olunmasını 
dəyərləndirir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin