188) Massiv ekssudativ plevrit üçün nə xarakterikdir?
A) Perkutor səsin qısalması və divararalığı orqanların sağlam tərəfə yerdəyişməsi
B) Səs titrəməsinin yüksəlməsi və ekssudat üzərində qabarıq bronxofoniya
C) Səs titrəməsinin yüksəlməsi və perkutor səsin qısalması
D) Perkutor səsin qısalması və divararalığı orqanların xəstə tərəfə yerdəyişməsi
E) Ekssudat üzərində perkutor qutu səsi
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
189) Bronxoektaziyalı xroniki pnevmoniya üçün xarakter əlamətlər hansılardır?
A) Daimi olmayan yaş xırıltılar
B) Krepitasiya
C) Keçirici xırıltılar
D) Daimi lokalizasiyalı yaş xırıltılar
E) Quru yayılmış xırıltılar
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
190) Bronxoektaziyanın aşkarlanması üçün hansı müayinə üsulundan istifadə olunmalıdır?
A) Pikfloumetriya
B) Bronxoqrafiya
C) Pnevmotaxometriya
D) Döş qəfəsi orqanlarının rentgenoqramması
E) Tomoqrafiya
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
191) Bronxial astma tutması zamanı aşağıdakılardan hansını istifadə etmək məqsədə uyğun sayılır?
A) Zaditen
B) β2 adrenomimetik
C) İnhalyasion kortikosteroid
D) Nedokromil
E) Kromoqliqat
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
192) Pnevmoniya zamanı antibiotik müalicəsinin optimal davametmə müddəti nə qədər olmalıdır?
A) Xəstəliyin klinikasından asılı olmayaraq 10 gün
B) Hərarətin normallaşmasına qədər
C) Toksikozun aradan qaldırılması, 2-5 gün normal hərarət və dəqiq müsbət dinamika müşahidə olunanadək
D) Ağciyərlərdə infiltratın tam sorulmasına qədər
E) EÇS-in normallaşmasına qədər
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
Dostları ilə paylaş: |