3-cü gün duş ala bilərsiniz. Duş alarkən tikişlərinizi su keçirməyən bandaj ilə bağlayın. Duş aldıqdan sonra bu bandajları çıxarın.
3-cü və 7-ci günlərdə evdə, 7-ci gündən sonra isə düz yerdə açıq havada gəzməyə başlayın. Günlük olaraq edəcəyiniz gəzintilər çəki itirməyinizə kömək olacaqdır. Xəstəxanadan çıxdığınız gündən etibarən pilləkənlərdən istifadə edə bilərsiniz.
10-cu gün avtomobil istifadə edə bilərsiniz.
15-ci gündən itibaren dəniz vəya hovuza girə bilərsiniz. Hətta yavaş-yavaş üzə bilərsiniz.
60-cı günden etibarən fitness, pilates və s. salon idmanlarına bir müəllim ilə birgə başlamanızı məsləhət görürük. Müntəzəm idmanla məşğul olmaq sürətlə çəki itirməyinizə bağlı olaraq əzələ toxumasını yaxşılaşdıracaq və dəridəki sallanmaları min-a endirəcəkdir.
Yemək yemə müddəti ən az 20 dəqiqə olmalıdır. Loxmalar arasında ən az 30 saniyə gözləməlisiniz. Böyük loxmalar yeməyiniz ve çiynəmədən tez udmanız ağrı və hətta qusmaya yol aça bilər.
Doyma hissini öyrənməyə çalışınız. Bu əməliyyat öncəsindəki doyma hissindən fərqli olaraq sinənizin orta alt qismində doyma, təziq, şişginlik şəklində hiss ediləcəkdir. Əgər sürətli yemək yesəniz bu hissi vaxtında hiss etməyəcəksiniz,bu isə yemək sonrası ağrı ve qusma səbəb olacaq.
Hər hansı bir dəstək grupuna üzv olun. (məs: Facebook: ‘Obezite Cerrahisi Bilgilendirme’)
Əməliyyat sonrası 1-ci, 3-cü, 6-cı ve 12-ci aylarda aşağıdaki qan analizlərini verin ve info@cityhospital ünvanına e-mail ilə göndərin.