M a d d ə 2 1. Elektron sənədə dair tələblər
Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir:
texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir;
bu Qanunun 22-ci(ümumi və xüsusi) maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır;
identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır.
Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
M a d d ə 2 2. Elektron sənədin quruluşu
Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir.
Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun
ümumi hissəsində qeyd edilir.
Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.
M a d d ə 2 3. Elektron sənədin təqdimat formaları
Elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir.
Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili
təqdimat formasıdır.
Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdır.
M a d d ə 2 4. Elektron sənədin əsli
Elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər.
Elektron sənədin daxili təqdimat formasında bir-biri ilə eyni olan bütün nüsxələri əsl hesab edilir və bərabər hüquqi qüvvəyə malikdir.
Elektron sənədin elektron formada surəti ola bilməz.
Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.
M a d d ə 2 5. Elektron sənədin surəti və onun təsdiq edilmə qaydası
Elektron sənədin surəti onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.
Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində onun müvafiq elektron sənədin surəti olması qeyd edilməlidir.
Elektron sənədin kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun surəti sayılmır.
Elektron sənədin əsli və bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən kağız daşıyıcı üzərindəki surəti eyni hüquqi qüvvəyə malikdir.
fəsil
ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ
M a d d ə 2 6. Elektron sənəd dövriyyəsinin təşkilinin əsasları
Elektron sənədin istifadəsi və dövriyyəsi Azərbaycan Respublikası qanunvericiliyi(1) və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələr(2) əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının qanunvericiliyində və bağlanmış müqavilədə elektron sənədlərin mübadiləsi qaydası və onunla bağlı olan texniki-təşkilati tələblər (sənədlərin mübadilə forması, onların yoxlanılma proseduru, sənədin alınmasının təsdiqlənməsi üçün məqbul hesab edilən müddət, forma və sairə) müəyyən edilir.
Elektron sənəd dövriyyəsinin sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilir.
Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi sistemin daxili normativ sənədləri ilə tənzimlənir.
M a d d ə 2 7. Elektron sənədin göndərilməsi və alınması
Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir.
Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır.
Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən
göndərilməmiş hesab etməlidir:
elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa;
elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə;
elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.
Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir.
Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir.
Bu Qanunun 27-ci maddəsi elektron sənədlərin göndərilməsi və ya alınması ilə bağlı münasibətlər istisna olmaqla, elektron sənədlərin məzmunundan və alınmanın təsdiqlənməsindən irəli gələn digər münasibətləri tənzimləmir.
M a d d ə 2 8. Elektron sənədin göndərilmə və alınma vaxtı
Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir.
Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir.
Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər.
M a d d ə 2 9. Elektron sənədin saxlanılması
Elektron sənədin saxlanılma qaydası aşağıdakı şərtlər nəzərə alınmaqla,
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir:
elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu
saxlasın;
elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan versin;
elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin;
elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın;
Dostları ilə paylaş: |