Bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında (bundan sonra - təşkilatlar)
kargüzarlığınaparılmasıişini,
ocümlədənsənədlərinhazırlanmasını,
qeydiyyatını,
hərəkətini,
icrasını,
uçotunu
vəarxivəverilməsini tənzimləyir.
Yerliicrahakimiyyətiorqanlarında kargüzarlıq “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarınınaparatlarındasənədlərləişbarədəTəlimat”əsasında aparılır. Bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamiledilmir.
Kargüzarlıq - təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Təşkilatlarda kargüzarlıq Azərbaycan Respublikasının dövlətdilində aparılır.
Təşkilatlarda kargüzarlığın aparılması dəftərxana və ya xüsusi olaraq buməqsəd üçün ayrılan əməkdaşlar (bundan sonra - kargüzarlıq xidməti) tərəfindən həyata keçirilir.
Kargüzarlıq xidməti tərəfindən bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti təşkilatın rəhbərliyi həyata keçirir.