mətnin razılaşdırılması haqqında qeydlər yazılması,
sənədinrəsmiləşdirilməsi,
habelə sənədin hərəkəti və icrası haqqında qeydlərin yazılması zəruridir.
Bir qayda olaraq, sənədlərin mətnləri iki hissədən ibarət olur. Birinci hissədəsənədin hazırlanması üçün əsas götürülmüş faktların və hadisələrin təsviri verilir. İkincihissədənəticələr, təkliflər,qərarlarvəsərəncamlar ifadə olunur.
Sənədinyaranmasıüçünbaşqasənədəsasolduqda, birincihissədəbusənədinhazırlanmasıüçünəsasgötürülmüşsənədnövününadı(adlıqhalda),nömrəsi,tarixivə mətninbaşlığı göstərilir.
İkinci hissənin mətni hərəkətlərin xarakterinə, icraçılara, müddətlərə görə vəbaşqa meyarlar əsasında ərəb rəqəmləri ilə nömrələnmiş bəndlərə və yarımbəndlərə bölünə bilər.
Ayrı-ayrı hallarda sənədin mətni yalnız son hissədən (əmrdən, göstərişdən və s.) ibarət ola bilər.
Sənədlərin mətnləri, mətn hissələri və ya ayrı-ayrı cümlələri vahid şəkləsalınabilər. Mətnlərin vahid şəklə salınması tam oxşar və daim təkrarlanan məlumat sənədləri üçün dil trafaretlərinin işlənib hazırlanmasından ibarətdir.
Sənədin başlığı vərəqin ortasında mətndən əvvəl yazılır.
Sənədlərin başlığı maksimum qısa,dəqiqolmalı və “nəhaqqında” sualınacavabverməklə feli ismin köməyi ilə ifadə edilməlidir (“... ciddi nöqsanlar haqqında”, “...tədbirləri haqqında”, “...yerinə yetirilməsi haqqında”, “... işinin təşkil edilməsi haqqında” və s.).
Göndərilənsənədlərdə (məktublarda,məlumatxarakterliarayışlarda, məlumat vərəqələrində) ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. Bu məqsədlə aşağıdakı tələblərə əməl edilməlidir:
sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı yazılır;
sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın və ya onun struktur bölməsinin adı yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə);
sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa, o zaman təşkilatın adı yiyəlik halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikası ElmvəTəhsilNazirliyinin _ (struktur bölməsinin rəhbəri) cənab);
məktub göndərilənin poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə və evin nömrəsi) tam şəkildə göstərilir.