Pənah Hüseynov qanunvericilik(BB,BA)


Protokolların hazırlanması və tərtib edilməsi



Yüklə 7,45 Mb.
səhifə165/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   161   162   163   164   165   166   167   168   ...   190
qanunvericilik.bb .ba

10. Protokolların hazırlanması və tərtib edilməsi





  1. Təşkilatların kollegial orqanlarının iclaslarının, habelə təşkilat rəhbərinin göstərişi ilə digər iclas və müşavirələrin protokolu yazılmalıdır.

  2. Protokolun mətni giriş hissəsindən əsas hissədən ibarət olmalıdır.

  3. Geniş protokollarda protokolun giriş hissəsində

    • iclası aparan sədrin katibin adları soyadları,

    • məruzəçinin (məruzəçilərin) adları soyadları,

    • dəvət edilənlərin siyahısı,

    • müzakirə ediləcək məsələnin (məsələlərin) adları verilir (8 nömrəli əlavə).

  4. Geniş protokolda əvvəlcə məruzələrin və çıxışların qısa mətni, sonra isə

qərar hissəsi verilir. Qərar əvvəlki mətndən sonra vərəqin sol sahəsinin
hüdudundan üç sətirarası intervalla çap edilən “Qərara alındı” sözləri ilə başlanır. Qəbul edilmiş qərarın mətni yeni sətirdən abzasdan yazılır.
  1. Stenoqramları aparılan iclasların protokolları qısa şəkildə tərtib edilir. Belə protokolda


    • iclasın gündəliyində duran məsələnin (məsələlərin) adı,

    • bu məsələyə aid məruzəçinin (məruzəçilərin) çıxış edənlərin adları soyadları göstərilir,

    • müzakirə edilən hər məsələyə aid qəbul edilən qərar öz əksini tapır. Stenoqramları aparılan iclasların protokolları tərtib edilərkən çıxışların məzmunu verilmir, müvafiq qaydada tərtib edilmiş stenoqramın mətni protokola əlavə edilir.

  2. Protokol təşkilat rəhbəri iclasın katibi tərəfindən imzalanır və təqvim ili çərçivəsində nömrələnir.



11. Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi





  1. Arayışın və məlumat vərəqəsinin mətni iki hissədən ibarət olmalıdır. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə nəticələr və təkliflər yazılır.

  2. Arayışda və ya məlumat vərəqəsində verilən məlumatın aid olduğu tarix və dövr başlığa daxil edilməlidir (məsələn: “ il tarixinə olan vəziyyətə görə yaz kənd təsərrüfatı işlərinə hazırlığın gedişi haqqında”).

  3. Arayışlar və məlumat vərəqələri təşkilatların blanklarında çap olunur,

təşkilatın ya struktur bölməsinin rəhbərləri tərəfindən imzalanır.

  1. Vətəndaşların xahişi ilə verilən arayışlar ümumi blanklarda və ya trafaret mətnli blanklarda tərtib olunur, təşkilatın rəhbəri tərəfindən imzalanaraq təsdiq edilir və müvafiq kitabda qeydə alınır.

13 Məktub, teleqram və telefonoqramın hazırlanması və tərtib edilməsi





  1. Məktublar xahişin (sorğunun), xahişə cavabın, habelə informasiya xarakterli məlumatların ifadə olunması məqsədilə və bir məsələyə dair tərtib edilir.


Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin