Pənah Hüseynov qanunvericilik(BB,BA)


Sərəncamların hazırlanması və tərtib edilməsi



Yüklə 7,45 Mb.
səhifə164/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   160   161   162   163   164   165   166   167   ...   190
qanunvericilik.bb .ba

8. Sərəncamların hazırlanması və tərtib edilməsi


  1. Sərəncamın mətni yalnız sərəncam hissəsindən ibarət olur. Şərh hissəsi cümləyə “müvafiq olaraq”, “məqsədi ilə” və s. kimi ifadələr şəklində daxil ola bilər. Bu zaman sərəncam hissəsi şərh hissəsindən abzasla ayrılmalıdır və “tapşırılsın”, “nəzərinə çatdırılsın”, “təklif edilsin”, “təsdiq edilsin” və s. bu kimi fellərlə ifadə edilməlidir.

  2. Sərəncam təşkilat rəhbəri tərəfindən imzalanır və müvafiq kitabda təqvim ili çərçivəsində xronoloji ardıcıllıqla qeydə alınır. Həmin kitab üzrə verilən qeyd nömrəsi sərəncamın nömrəsi hesab olunur

9. Əmrlərin hazırlanması və tərtib edilməsi





  1. Əmr şərh sərəncam hissələrindən ibarət olur. Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır.

  2. Əmrin sərəncam hissəsi mətn dayandırılmadan “əmr edirəm” sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icraçısının ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.

  3. Əmrin mətni əlaqədar struktur bölmələri ilə, lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər.

  4. Əmri hazırlayarkən icraçı

    • onu struktur bölmələrinə tabelikdə olan təşkilatlara göndərmək zərurətini

    • əmrin tirajını müəyyən edir.

Ünvan sahiblərinin siyahısı həmin əmrin son vərəqinin əks tərəfində çap olunur ya müstəqil sənəd kimi əlavə edilir (tiraj böyük olduqda).

  1. Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır (7 nömrəli əlavə).




Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin