Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə167/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   163   164   165   166   167   168   169   170   ...   190
qanunvericilik.bb .ba

Şəxsi korrespondensiya istisna edilməklə, bütün zərflər açılır. Bu zaman zərflərin bütövlüyü və içində sənədlərin mövcudluğu yoxlanılır. Sənədi göndərənin ünvanını və ya sənədin göndərilmə, alınma tarixini ancaq zərfə görə müəyyən etməyin mümkün olduğu hallardan başqa, zərflər məhv edilir.
Bütün daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə qeyd ştampı vurulur (9 nömrəli əlavə).
Qeydiyyat ştampının nümunələri




Daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə qoyulduqdan sonra baxılmaq üçün təşkilatın ya struktur bölməsinin rəhbərliyinə verilir.



    • Dövlət orqanlarının sənədləri,

    • təşkilatın fəaliyyətinin mühüm məsələlərinə dair başqa vacib sənədlər,

    • habelə icrası üçün qərar qəbul etmək tələb olunan sənədlər

təşkilat rəhbərinə, qalan sənədlər isə onun müavininə və ya struktur bölməsinin rəhbərinə verilir.


Vəzifəli şəxslərin ünvanına olan sənədlər, bir qayda olaraq, bilavasitə həmin şəxslərə verilir.

  1. Daxil olmuş sənədlər onların qeydə alındığı gün baxılmaq üçün verilməlidir. Teleqramlar və digər təcili sənədlər baxılmaq və icra edilmək üçün ilk növbədə verilir.

Daxil olmuş sənəddə başqa sənədlərə istinad vardırsa, həmin sənədlər seçilib ayrılır və daxil olmuş sənədlə, yaxud müvafiq arayışla birlikdə təşkilat rəhbərliyinə verilir.

  1. Baxılmanın nəticələri sənədlərdə 6.38-90 dövlətlərarası standart ilə ayrılan yerdə (mətndən əvvəl yuxarı sol hissədə) müvafiq olaraq

    • təşkilatın rəhbəri,

    • onun müavini

    • ya struktur bölməsinin rəhbəri

tərəfindən yazılan dərkənarda əks olunur. Dərkənarlarda sənədlərin icra xarakteri icraçıları haqqında aydın və qəti göstəriş olmalıdır.

  1. Daxil olmuş sənədlər rəhbərlik tərəfindən baxıldıqdan sonra dərkənar mətninin qeydiyyat vərəqəsinə köçürülməsi və lazımi hallarda nəzarətə götürülməsi üçün kargüzarlıq xidmətinə qaytarılaraq təyinat üzrə göndərilir.

  2. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin