Pənah Hüseynov qanunvericilik(BB,BA)


Göndərilən korrespondensiyanın işlənməsinə onun



Yüklə 7,45 Mb.
səhifə169/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   165   166   167   168   169   170   171   172   ...   190
qanunvericilik.bb .ba

Göndərilən korrespondensiyanın işlənməsinə onun


  • növlərə ayrılması,

  • zərflərin hazırlanması,

  • göndəriş dəyərinin müəyyənləşdirilib yazılması,

  • sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi

  • elə həmin gün rabitə xidmətinə verilməsi daxildir.

Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir.
Kargüzarlıq xidməti tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır.
Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur.

Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd bir zərfin içinə qoyula


bilər


Göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir.


  1. Daxili sənədlər təşkilat daxilində hazırlanır, tərtib və icra edilir. Daxili

sənədlərin hərəkəti onların hazırlanması və tərtibi mərhələlərində göndərilən sənədlərin, icra mərhələsində isə daxil olan sənədlərin dövr etməsinin ümumi qaydasına uyğun surətdə təşkil olunur.
Sərəncam mahiyyətli sənədlərin layihələri müvafiq qaydada razılaşdırıldıqdan sonra baxılmaq ya imzalanmaq üçün təşkilatın rəhbərliyinə verilir. İmzalandıqdan sonra həmin sənədlər qeydə alınır, əlavə olunmuş göndəriş siyahısına uyğun sayda çoxaldılır və icra üçün verilir (göndərilir).

Təşkilatın və ya struktur bölmələrinin rəhbərliyinə ünvanlanan məlumat vərəqələrinə, arayışlara, məlumatlara və başqa daxili sənədlərə onların ünvanlandığı vəzifəli şəxs tərəfindən baxılır, bundan sonra həmin sənədlər icra edilmək (işlənilmək) üçün ümumi qaydada müvafiq struktur bölmələrinə verilir, yaxud işə alınır.

  1. Təşkilat daxilində sənədlərin çatdırılmasını struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirir. Göndərilən sənədləri isə təyinat üzrə kuryerlər çatdırırlar.

  2. Teleqramlar və təcili sənədlər dərhal, qalan sənədlər isə gündə azı iki dəfə

çatdırılır.

  1. Daxil olan və göndərilən sənədlər, o cümlədən nəzarətdə olandigər ən mühüm sənədlər hərəkətin bütün mərhələlərində, müvafiq kitabda müəyyən qeyd aparılmaqla qəbul edilir və təhvil verilir (10 və 11 nömrəli əlavələr).

Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin