Pənah Hüseynov qanunvericilik(BB,BA)


Daxil olan sənədlərin qeydə alınması kitabı



Yüklə 7,45 Mb.
səhifə170/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   166   167   168   169   170   171   172   173   ...   190
qanunvericilik.bb .ba

Daxil olan sənədlərin qeydə alınması kitabı




Sənədin daxilolma tarixi və nömrəsi

Sənədi göndərən





Sənədin tarixi və nömrəsi

Sənədin qısa məzmunu

Kim baxmışdır və dərkənar



İcraçı


Alınma barədə imza və tarix



Sənədin kargüzarlıq xidmətinə qaytarılması tarixi



Sənədin saxlandığı işin nömrəsi, vərəqlərinin sayı






























Göndərilən sənədlərin qeydə alınması kitabı

Sənədin tarixi və nömrəsi

Kim göndərir



Qısa məzmunu



Sənədin icrası haqqında qeyd

Sənədin verilməsi barədə imza və tarix
































  1. Sənədlərin struktur bölmələri daxilində verilməsi struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşı tərəfindən həyata keçirilir və bu barədə qeydiyyat vərəqəsində müvafiq qeydlər aparılır. Sənədin bir struktur bölməsindən digərinə verilməsi barədə kargüzarlıq xidmətinə məlumat verilməlidir. Qeydiyyat vərəqəsində sənədin verilməsi haqqında müvafiq qeyd aparılır.

16. Sənədlərin icrasına nəzarətin təşkili





  1. Sənədlərdə olan təkliflərin, tapşırıqların və məsələlərin icrasına daim nəzarət edilməlidir. Belə nəzarətin məqsədi sənədlərin vaxtında və keyfiyyətli icrasına nail olmaqdır.

  2. Sənədlərin onlarda olan tapşırıqların icrasına nəzarəti təşkilatların, struktur bölmələrinin rəhbərləri həyata keçirirlər.

Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi
    1. kargüzarlıq xidmətinə


    2. və təşkilatda xüsusi olaraq yaradılan nəzarət xidmətinə tapşırılır. Struktur bölmələrində sənədlərin icrasına nəzarəti struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər.

  1. Aşağıdakı sənədlər nəzarətə götürülür:

  • 119.1. bilavasitə normativ hüquqi aktların icrası ilə əlaqədar sənədlər;

  • 119.2. dövlət orqanlarının ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər;

  • 119.3. təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər.

Təşkilat rəhbərliyinin göstərişi ilə icrasının nəticəsinin məruzə edilməsi nəzərdə tutulan digər sənədlər də nəzarətə götürülə bilər.

  1. Sənədlərin ümumi icra müddəti qanunvericiliyin tələblərinə uyğun olaraq

təşkilatın özü tərəfindən müəyyən edilir.
Konkret hallarda hər hansı ayrıca sənədin icrası ilə əlaqədar təşkilatın rəhbərliyi(1) və ya yuxarı təşkilat(2) tərəfindən xüsusi icra müddəti müəyyən edilə bilər.

  1. Sənəddə cavab alınması üçün müddət göstərilmişdirsə, həmin müddətə, bir qayda olaraq, riayət edilməlidir.

  2. Sənədin icra müddəti onun təşkilata daxil olduğu vaxtdan hesablanır.

  3. Təşkilat rəhbərinin sənədin icra müddətini icraçının (icraçıların) əsaslandırılmış yazılı xahişi ilə uzatmaq hüququ vardır.



  1. Sənədlərin icrasına nəzarət, nəzarət vərəqələrində qeydlər edilməklə aparılır (13 nömrəli əlavə).


Nəzarət vərəqəsinin nümunəsi






İcra haqqında qeyd

İcradan sonra nəzarət xidmətinə qaytarılmalıdır





Struktur bölməsi rəhbərinin imzası Qeyd il


  1. Sənəd dövriyyəsi kiçik olan təşkilatlarda nəzarət daxil olan, göndərilən və daxili sənədlərin qeydiyyat kitablarında həyata keçirilir (14 nömrəli əlavə)

Nəzarətdə olan sənədlərin qeydə alınması kitabı





Sənədin nəzarət




Sənədi göndərən

Sənədin tarixi və nömrəsi

Qısa
məzmunu

Nəzarətə götürən, dərkənar

Kim baxmışdır



İcraçı

Nəzarət qeydləri

nömrəsi, daxilolma
nömrəsi tarixi


















































  1. Elektron sənəd dövriyyəsi sistemi tətbiq edilən təşkilatlar istisna olmaqla,

  • nəzarət vərəqələrində,

  • habelə nəzarətdə olan sənədlərdə (birinci vərəqin yuxarı sağ kənarında) nəzarət işarəsi (“№”) qoyulur və ya “Nəzarətdədir” ştampı vurulur, bundan sonra sənəd icraçıya verilir, vərəqənin əlavə nüsxəsi isə nəzarət kartotekasına qoyulur.

  1. Sənədlərin icrasının gedişi haqqında məlumat “İcra haqqında qeyd” sütununda qeyd edilir.

  2. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır.

Əgər icra sənədləşdirilmişdirsə, bu barədə nəzarət vərəqəsinin “icra haqqında qeyd” sütununda məlumat yazılır.

  1. Sənədlər, bir qayda olaraq, icra edildikdən sonra nəzarətdən çıxarılır. Sənədin icrası və nəzarətdən çıxarılması haqqında məlumat nəzarət vərəqəsində qeyd edilir. Digər hallarda sənədi nəzarətdən yalnız onu nəzarətə götürmüş vəzifəli şəxs çıxara bilər. Bu zaman sənəddə və vərəqədə nəzarətdən çıxarılma barədə qeyd

yazılır.

  1. Nəzarətdə olan sənədlərin icrası haqqında təşkilatın rəhbərliyinə ayda 1 dəfə məlumat verilir.

Digər sənədlərin icrasının gedişi və nəticələri haqqında məlumat ildə azı 1 dəfə təhlil edilir. Təhlil əsasında sənədlərin icrasını sürətləndirmək və icra intizamını yüksəltmək məqsədi ilə müvafiq tədbirlər planı işlənib hazırlanır.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

I f ə s i l


İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİN (OMBUDSMANIN) FƏALİYYƏTİNİN VƏ TƏYİN EDİLMƏSİNİN ƏSASLARI
M a d d ə 1 . İnsan hüquqları üzrə Müvəkkilin fəaliyyətinin əsasları



    1. Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili vəzifəsi (bundan sonra "Müvəkkil" adlandırılacaq) Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir.

    2. Müvəkkil “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri- insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

    3. Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

    4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regionalbeynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

    5. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır əvəz etmir.

    6. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil.

    7. Müvəkkil

      • əfv,

      • vətəndaşlıq,

      • siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verə bilər.

    8. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə

      • qanunların qəbul edilməsinə,

      • ləğv edilməsinə

      • ya qanunlarda dəyişikliklər edilməsinə dair

      • amnistiya elan edilməsi barədə təklif verə bilər

  1. Müvəkkilin məhkəmələrdə

    • süründürməçilik,

    • sənədlərin itirilməsi

    • və vaxtında verilməməsi,

    • habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar

insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.

1.10. Müvəkkilin fəaliyyəti aşağıdakı prinsiplər əsasında qurulur



  • aşkarlıq,

  • şəffaflıq,

  • qanunçuluq,

  • ədalət,

  • qərəzsizlik

M a d d ə 2 . Müvəkkilin seçilməsi





    1. Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir.

    2. Azərbaycan Respublikasının Milli Məclisi Müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

M a d d ə 4 . Müvəkkilin səlahiyyət müddəti



    1. Müvəkkil 7 il müddətinə seçilir.

    2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

    3. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

I I f ə s i l



Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin