Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə166/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   162   163   164   165   166   167   168   169   ...   190
qanunvericilik.bb .ba

Müşayiət məktubları icra üçün göndərilən sənədin icrasının xarakterinə və ya göndərilməsinin məqsədinə dair izahlar tələb olunduqda tərtib edilir.

  1. Məktubun mətni biri digəri ilə məntiqi surətdə bağlı iki hissədən ibarət olmalıdır. Birinci hissədə məktubun hazırlanması üçün əsas götürülmüş faktların, hadisələrin və ya sənədlərin (qeydiyyat nömrəsi və tarixi göstərilməklə) təsviri, ikinci hissədə nəticələr, təkliflər və ya xahişlər yazılır.

  2. Teleqraf yazışması ancaq təcili məsələlərə dair aparılır Sorğuya cavab verilərkən teleqram mətninin qabağında həmin sorğunun nömrəsi göstərilir. Mətnin axırında (imzadan əlavə) çıxış nömrəsi qoyulur.

Teleqramlar iki nüsxə çap olunur və icraçı onlara viza verir. İmzalanandan sonra teleqramlar göndərilmək üçün kargüzarlıq xidmətinə verilir. Teleqramda sözlər hecalara bölünmədən və düzəlişlər edilmədən yazılır. İmza yeni sətirdən qeyd edilir və möhürlə təsdiq olunur.

  1. Telefonoqramlardan ölkə, şəhər, rayon daxilində telefonla məlumat vermək üçün istifadə edilir. Telefonoqram verilərkən aşağıdakılar göstərilir:

    • kimin ünvanına verilir,

    • telefonoqramı imzalamış şəxsin vəzifəsi soyadı,

    • mətni ötürənin vəzifəsi və soyadı

    • telefonoqramın verildiyi tarix və saat,

    • təşkilatın telefon nömrəsi.



14. Sənədlərin dövriyyəsinin təşkili





  1. Sənədlərin təşkilatda hərəkəti, onlar təşkilata daxil olduğu və ya yaradıldığı andan icra edildiyi və ya göndərildiyi anadək sənədlərin dövriyyəsini təşkil edir.

  2. Təşkilatlarda sənədlər dövriyyəsinin təşkili aşağıdakı tələblərə cavab verməlidir:

    • 88.1. sənədlərin hərəkəti operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir;

    • 88.2. işin zərurətindən irəli gəlməyən instansiyalar əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmalıdır;

    • 88.3. sənədlərin hərəkəti qaydasında işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır.

  3. Daxil olan korrespondensiyanın qəbulu və ilkin qaydada işlənməsi təşkilatlarda kargüzarlıq xidməti tərəfindən, struktur bölmələrində isə struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları tərəfindən həyata keçirilir. Daxil olan korrespondensiyanın ilkin qaydada işlənməsi

    • korrespondensiya gətirilməsinin düzgünlüyünün

    • zərflərin içindəki sənədlərin salamatlığının yoxlanmasından,

    • onun təyinat üzrə verilmək üçün hazırlanmasından ibarətdir.

  4. Gətirilən korrespondensiyanın düzgünlüyünü yoxlamaqda məqsəd təyinat üzrə gətirilməyən korrespondensiyanı aşkar etməkdən ibarətdir. Səhvən gətirilən korrespondensiya geri qaytarılır.


Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin