Pənah Hüseynov qanunvericilik(BB,BA)


Məhkəmələr və hakimlər haqqında



Yüklə 7,45 Mb.
səhifə57/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   53   54   55   56   57   58   59   60   ...   190
qanunvericilik.bb .ba

Məhkəmələr və hakimlər haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU




Bu Qanun Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönəlmişdir.

BİRİNCİ BÖLMƏ


MƏHKƏMƏLƏR


I f ə s i l


MƏHKƏMƏ HAKİMİYYƏTİ


M a d d ə 1 . Azərbaycan Respublikasında məhkəmələrin təsis olunması


Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş Azərbaycan Respublikası məhkəmələri fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VI hissəsinə uyğun olaraq


  1. məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi


  2. fövqəladə məhkəmələrin,
  3. xarici dövlətlərin,


  4. bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra — Konstitusiya Məhkəməsi) fəaliyyəti və hakimlərinin statusu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunur.


M a d d ə 3 . Məhkəmələrin vəzifələri


Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin(1)qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə(2) yönəldilmişdir.


Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir,
Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda
nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər.
Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir.

M a d d ə 4 . Məhkəmələrdə işlərə baxılması


Məhkəmələrdə işlərə:



  1. birinci instansiya ( rayon, şəhər ,ixtisaslaşdırılmış(hərbi,agir cinayət,kommersiya,inzibati))

  2. apellyasiya (Baki ,Şəki ,Şirvan,Gəncə,Sumqayit)

  3. Kassasiya( AR ali məhkəmə və NMR ali məhkəmə) instansiyaları üzrə baxılır.

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial(1) və hakim tərəfindən təkbaşına(2) baxılır


birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə, appelyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır.
Məhkəmələr işlərə baxarkən

    • Azərbaycan Respublikasının Konstitusiyasını,

    • qanunlarını

    • digər qanunvericilik aktlarını,

    • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri

Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin