Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə58/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   54   55   56   57   58   59   60   61   ...   190
qanunvericilik.bb .ba

rəhbər tuturlar.


Məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının protokolu aparılır. Məhkəmə iclasının gedişini və məhkəmə istintaqı zamanı aparılan prosessual hərəkətləri qeyd etmək üçün texniki vasitələrdən istifadə edilə bilər.

M a d d ə 5 . Məhkəmələrin qərarları


Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından ( Konstitusiyada dövlətin adindan) qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar.


Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki hüquqi şəxslər tərəfindən mütləq, vaxtında dəqiq icra olunmalıdır.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə( Kontitusiyada qanunla muəyyən edilmis
) nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

I I f ə s i l


ƏDALƏT MÜHAKİMƏSİNİN HƏYATA KEÇİRİLMƏSİNƏ DAİR ƏSAS MÜDDƏALAR


M a d d ə 7 . Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi


Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin (konstitusiyada vətəndaslarin) qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.


M a d d ə 8 . Ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməsi


Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.



Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin