Sərəncamın mətni yalnız sərəncam hissəsindən ibarət olur. Şərh hissəsicümləyə “müvafiq olaraq”, “məqsədi ilə” və s. kimi ifadələr şəklində daxil ola bilər. Bu zaman sərəncam hissəsi şərh hissəsindən abzasla ayrılmalıdır və “tapşırılsın”, “nəzərinə çatdırılsın”, “təklif edilsin”, “təsdiq edilsin” və s. bu kimi fellərlə ifadə edilməlidir.
Sərəncam təşkilat rəhbəri tərəfindən imzalanır və müvafiq kitabda təqvim ili çərçivəsində xronoloji ardıcıllıqla qeydə alınır. Həmin kitab üzrə verilən qeyd nömrəsi sərəncamın nömrəsi hesab olunur
9. Əmrlərin hazırlanması və tərtib edilməsi
Əmr şərhvəsərəncam hissələrindən ibarət olur. Şərhhissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır.
Əmrin sərəncam hissəsi mətn dayandırılmadan “əmr edirəm” sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəbrəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hərbəndstrukturbölməsininkonkreticraçısınınvəyavəzifəlişəxsinadının və soyadının göstərilməsiiləbaşlanır.
Əmrin mətni əlaqədar struktur bölmələri ilə, lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix qoyan təşkilatrəhbəri düzəlişlər edə bilər.
Ünvan sahiblərinin siyahısı həmin əmrin son vərəqinin əks tərəfində çap olunur vəyamüstəqilsənədkimi əlavə edilir (tirajböyük olduqda).
Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır (7 nömrəli əlavə).