Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə103/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   99   100   101   102   103   104   105   106   ...   136
Azsayli xalqlarin folkloru II kitab

LƏZGĠLƏR 
 
Ləzgi əlifbasi
1
 
(kiril əlifbası əsasında)  
 А 
 б   в 
Г г 
ъ гъ  ь гь  Д д   е 
 ѐ 
 ж   з 
 и 
Й 
к  ъ къ  Кь кь  Ӏ кӀ  л 
М м  н 
 о 
п  Ӏ пӀ  р 
 С 
т  Ӏ тӀ   У 
ь уь  ф 
Х х  ъ хъ  ь хь   ц  Ӏ цӀ  ч 
Ӏ чӀ  ш   щ 
Ъ 
 ы 
ь 
Э э  ю 
я 
 
 
 
Ləzgilər  (əslində  “lezqi,  cəmdə  isə  “lezqiyar”)  Azərbay-
candakı Qafqaz mənşəli xalqlar arasında sayca ən üstün mövqe-
də  olanıdır.  Onlar  Qusar,  Xaçmaz,  Quba,  Qəbələ,  İsmayıllı  və 
Şəki rayonlarında, habelə Bakı və Sumqayıt kimi şəhərlərdə ya-
şayırlar.  Ləzgilər  dini  inanclarına  görə  sünni  məzhəbli  müsəl-
manlardır. İstisna olaraq, Dağıstanın  Miskincə  adlanan kəndin-
də yaşayan ləzgilər şiə məzhəblidir. İnternet resurslarındakı mə-
lumatlara  görə,  orada  əvvəlcə  şiə  tat  əhalisi  yaşamış,  lakin 
zaman-zaman bu kəndin əhalisi assimilyasiya olunaraq ləzgiləş-
mişdir. Ləzgilərin etnogenezis problemi  hələ  də  mübahisəlidir. 
Antik və  ərəb  müəlliflərinin  fikrincə,  müasir Dağıstan xalqları-
nın,  o  cümlədən,  ləzgilərin  əcdadları  “gellər”,  “leklər”,  ”lakz-
lar”  və  bu  qəbildən  sayılan  etnoslar  olmuşdur.  Qafqaz  və  İran 
mənbələrində  müasir  ləzgi  etnoniminin  yaranması  daha  çox 
“leklər” və “lakzlar”la əlaqələndirilir. Son dövrlərin araşdırma-
larına görə ləzgilərin  əcdadları ilk olaraq Samur çayının sol sa-
hilində  və  müasir  Dağıstanın  cənubunda  yaşamışlar.  Zaman 
keçdikcə ləzgilər aşağı enmiş, dağətəyi və Xəzərsahili ərazilər-
də  məskunlaşmışlar.  Ləzgilərin  təsərrüfat  fəaliyyətinə  onların 
Azərbaycan  dövləti  tərkibində  yaşamalarının  böyük  təsiri  ol-
muşdur.  XI  əsrdən  Şirvanşahların,  XVI  əsrdən  isə  Səfəvilərin 
                                                
1
 Ləzgi  əlifbası  və  ləzgilər  haqqında  məlumat  AMEA  Folklor  İnstitutunun 
doktorantı Əliyev Dadaş tərəfindən təqdim olunmuşdur. 


 
 
143 
tərkibində olmuş ləzgilər XVIII əsrin ikinci yarısından müxtəlif 
feodal  dövlətlərinin  –  Quba  və  Dərbənd  xanlıqlarının  təbəəli-
yində  olmuşlar. Ləzgilər,  əsasən, köçəri heyvandarlıqla  məşğul 
olublar  və  adətən  onlar  öz  yaşayış  məskənlərini  qışlaqlara  və 
böyük bazarlara yaxın yerlərdə salardılar. Ləzgilər şimala doğ-
ru,  yəni  düzən  ərazilərə  yayıldıqca,  tədricən  oralarda  da  ləzgi 
kəndlərinin sayı artmağa başladı.  Ləzgilərin  ilk dəfə etnoqrafik 
səciyyəsini  vermiş  rus  alimi  Zeydlits  onları  “ağıllı,  cəsur  və 
mərd” insanlar adlandırmışdı
1
.  
Ləzgilərin  böyük hissəsi İsmayıllının Qalacıq, Sumağallı, 
İstisu, Qurbanəfəndi kəndlərində kompakt şəkildə yaşasa da, az 
bir  qismi  adda-budda  halda  rayonun  digər  kəndlərində  eynilə 
güzəran  sürməkdədir.  Təbii  üsulla  boyadılmış  yerli  yun  xam-
malı  əsasında  meydana  gələn  corabçılıq  və  xalçaçılıq  sahələri 
ləzgilər arasında çox geniş yayılmışdır. Maraqlıdır ki, xalçaçılıq 
rayon ərazisinin əksər kəndlərinə, o cümlədən Lahıc qəsəbəsinə 
hazırda  ləzgilərin  çoxluq  təşkil  etdiyi  Qalacıq  kəndindən  yayı-
lıb. XX əsrin 60-cı illərində rayonun Qalacıq və Lahıc ərazisin-
də sənaye əsaslarında fəaliyyət göstərmiş xalça müəssisələri hə-
min  dövrdə  rayonun  digər  məntəqələrində  yaşayan  əhalinin 
müəyyən faizinin işlə təmin olunmasında, bir çox ailələrin mad-
di durumunun  yaxşılaşdırılmasında, habelə  xalçaçılıq sənətinin 
yayılması və zənginləşməsində əhəmiyyətli rol oynamışdır.  
Hazırda  ləzgilərin  geniş  yayıldığı  Qalacıq,  İstisu,  Suma-
ğallı,  Qurbanəfəndi,  Vəng,  yerli  əhali  ilə  qarışıq  yaşadıqları 
Çayqovuşan, İvanovka, Mücühəftəran və rayonun digər kəndlə-
rində  ləzgi  folklor  ənənələri  qorunur  və  davam  etdirilir.  Onlar-
dan topladığımız bir çox nümunələri bu kitabda cəmləşdirməyi 
özümüzə mənəvi borc bildik.  

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin