Piyəruna sıxani


LAHIC QƏSƏBƏSĠ FOLKLOR QRUPU



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə102/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   98   99   100   101   102   103   104   105   ...   136
Azsayli xalqlarin folkloru II kitab

LAHIC QƏSƏBƏSĠ FOLKLOR QRUPU
1
 
 
Lahıc  qəsəbəsində  keçən  əsrlərdən  mövcud  olmuş  və 
1987-ci ildən rəsmi status almış folklor kollektivi fəaliyyət gös-
tərir.  Məqsəd  Lahıc  və  ətrafda  məskunlaşmış  tat  kəndlərinin 
adət-ənənəsini,  bu  qövmün  sənətkarlıq,  kulinariya,  mahnı  və 
rəqslərini  daha  geniş  ictimaiyyətə  təbliğ  etməkdir.  Yarandığı 
dövrdə qrupa Rauf Baxışov rəhbərlik etmiş, sonralar  isə  bu  işi 
İlham  Bağırov  davam  etdirmişdir.  Hazırda  qrup  Maarif  Əliye-
vin  rəhbərliyi  altında  fəaliyyət  göstərir.  Səkkiz  nəfərdən  ibarət 
olan qrupun maraqlı repertuarı vardır. “Lahıc folklor qrupu”nun 
repertuarı  əsas  etibarilə  tat  dilində  oxunan  mahnılardan  təşkil 
olunmuşdur. Mövsümi və müxtəlif sənət sahələri ilə bağlı mah-
nılardan savayı, bu repertuara layla və holavarlardan ibarət janr 
çeşidində yer almış nəğmələr də daxil edilmişdir. Elə yarandığı 
1987-ci ildə “Lahıc” folklor qrupu əvvəlcə Ümumittifaq Folklor 
Festivalının,  sonra  da  Astara  və  Şamaxı  rayonlarında  keçirilən 
                                                
1
 Bu məlumat AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil. ü.f.d. Atəş 
Əhmədli tərəfindən təqdim olunmuşdur. 


 
 
141 
festivalların  qalibi  olmuş,  2006-cı  ildə  isə  Azərbaycan  Dövlət 
Filarmoniyasında təşkil olunmuş Azsaylı xalqların Folklor Fes-
tivalının  laureatı  adını  qazanmışdır.  2009-cu  ildə  isə  Musiqili 
Komediya  Teatrında  İdman  və  Turizm  Nazirliyinin  dəstəyi  ilə 
keçirilən  Azsaylı  xalqların  Folklor  festivalında  məzmunlu  işti-
rakına  görə  qrup  diplom  və  mükafatlara  layiq  görülmüşdür. 
Qrup  dəfələrlə  xalqımızın  ən  əziz  bayramlarından  olan  “Nov-
ruz”un paytaxt tədbirlərinə dəvət olunmuşdur. 
 
 
 
Bundan  əlavə  qrup,  respublikanın  müxtəlif  telekanalla-
rında tamaşaçılara maraqlı repertuarlar təqdim etmiş, onların bu 
repertuarları bir çox sənədli filmlərin meydana gəlməsinə təkan 
vermişdir.  Yerli  adət-ənənəni  təbliğ  etdiyi  üçün  qrup,  bir  çox 
xarici  ölkələrdən  respublikamıza  gəlmiş  rejissorların  da  diqqə-
tindən  yayınmamış,  bu  mənada  onlar  Malaziya  və  Türkiyəyə 
dəvət olunmuş, bu dövlətlərin tele-kanallarında öz repertuarları-
nı  sərgiləmişlər.  Həmin  TV-lərin  vasitəsilə  onlar  mədəniyyəti-
mizi  yüksək  səviyyədə  təbliğ  etmişlər.  “Lahıc  folklor  qrupu” 
hazırda fəaliyyətinə davam etməkdədir.  


 
 
142 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin