Plan: Azərbaycan XIII-XV əsrlərdə. Azərbaycan XIII-XV əsrin əvvəllərində monqolların yürüşləri dövründə



Yüklə 22,47 Kb.
səhifə2/5
tarix23.11.2022
ölçüsü22,47 Kb.
#69978
1   2   3   4   5
Sənəd (1) (6)

2.Hülakilər dövləti. Hülakü xan geniş əraziyə malik dövlət yaratdıqdan sonra köçəri zadəganlara arxalanaraq dövlətin ali hakimiyyət orqanlarını, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrin və tanınmış əmirlərin arasında böldü. Azərbaycanda köçəri monqol feodalları hakimiyyətə başladılar. Şahzadə Yuşmut Arranın hakimi təyin olundu. Azərbaycanın əksər ərazisində, xüsusilə onun şimal hissəsində monqolların güclü hərbi hissələri məskən saldı. Həmin hərbi qüvvələr Qızıl Ordu xanlarının Hülakülər dövlətinə şimaldan vaxtaşırı hücumlarının qarşısını almağa və sərhədlərin möhkəmlənməsinə xidmət edirdi. Oturaq əhalinin istismarı və yerli feodalların sıxışdırılması nəticəsində Hülakü xan tezliklə iqtisadi cəhətdən güclü və mərkəzləşdirilmiş dövlət təşkil etdi. Lakin belə vəziyyət çox davam etmədi. Hülakü xanın ölümündən sonra mərkəzi hakimiyyətə qarşı mübarizə başlandı. Digər tərəfdən ölkənin xarici vəziyyəti də sabit deyildi. Qazan xandan sonra hakimiyyətə Məhəmməd Olcaytu gəldi. Onun dövründə dövlət daha da gücləndi. Onun ölümündən sonra feodal ara müharibələri şiddətləndi. 12 yaşlı Əbu Səidin dövlət işlərini müstəqil idarə edə bilməməsi bu prosesə təkan verdi. Elxanilər dövlətinin tənəzzül etməsinin və süqutunun digər səbəbləri ölkədəki dini ayrılıq və monqollar tərəfindən əsarətə alınmış xalqların mübarizəsi ilə bağlı idi. Əbu Səidin dövründə (1316-1335) Elxanilər dövlətini bir müddət Əmir Çoban idarə etdi. Bu, feodalların böyük narazılığına səbəb oldu. 1335-ci ildə Əbu Səidin ölümü dövlətin süqutunu daha da sürətləndirdi. Hakimiyyəti ələ keçirmək uğrunda mübarizədə Cəlairilər, Çobanilər, Şirvanşahlar xüsusilə fərqlənirdi. Bu mübarizədə Çobanilər qalib gəldi.
3.Toxtamış və əmir Teymurun Azərbaycana yürüşləri. Azərbaycanın və qonşu ölkələrin XIV əsrin 80-90-cı illərdəki tarixi Qızıl Ordu xanı Toxtamışın və Əmir Teymurun işğalçı yürüşlərinə qarşı xalq kütlələrinin apardığı gərgin mübarizələrlə diqqəti cəlb edir. Qızıl Ordu xanı Toxtamış 1385-ci ildə 90 minlik ordu ilə Dərbənddən Azərbaycana soxuldu və Təbrizə yaxınlaşdı.Təbrizlilər 8 gün işğalçıların zülmünə məruz qaldılar, şəhərdə ciddi dağıntılar törədildi, qarətlər oldu. Azərbaycan 1386-cı ilin baharında Əmir Teymurun hücumuna məruz qaldı. Teymur “üçillik yürüş” kimi tanınan həmin səfərində Təbrizi tutdu. Cəlairi əmirlərinin bir qismi Əlincə qalasına, bir qismi isə Bağdada getdi. Əmir Teymur Təbrizdən Naxçıvana doğru yürüş etdi və bir müddət Əlincə qalasının ətrafında vuruşduqdan sonra Qarabağa qışlamağa gəldi. O, 1387-ci ildə Toxtamışın Buxara və Səmərqənd şəhərləri üzərinə hücumu ilə əlaqədar Azərbaycanı tərk etməli oldu. Ancaq ölkə artıq Əmir Teymurun canişinləri tərəfindən idarə olunmağa başlamışdı. Əmir Teymur 1392-ci ildə Azərbaycana gəldi və Təbrizi tutdu. Hakimiyyət uğrunda mübarizə aparan feodallar öz vilayətlərinə çəkildilər.

Yüklə 22,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin