Plan: Azərbaycan XIII-XV əsrlərdə. Azərbaycan XIII-XV əsrin əvvəllərində monqolların yürüşləri dövründə


Şirvanşahlar dövləti və Şəki hakimliyi



Yüklə 22,47 Kb.
səhifə3/5
tarix23.11.2022
ölçüsü22,47 Kb.
#69978
1   2   3   4   5
Sənəd (1) (6)

4.Şirvanşahlar dövləti və Şəki hakimliyi.  XIV əsrin 80-ci illərində Şirvanşahlar dövlətində feodal dağınıqlığı daha da gücləndi. Kəsranilər sülaləsindən olan Şirvanşah Huşəngin dövründə əhalinin vəziyyəti daha da ağırlaşdı. Bunun nəticəsində 1382-ci ildə Şirvanda üsyan başladı. Huşəng öldürüldü. Şirvan feodalları Şeyx İbrahimi hakimiyyətə gətirdilər.Bu nəsli Dərbəndlilər sülaləsi adlandırırlar.1405-1410-cu illər Azərbaycan tarixində gərgin dövrlərdən biridir.Yaranmış vəziyyətdən istifadə edən I İbrahim Gəncənin və Qarabağın xeyli hissəsini tutdu. Ə. Teymuri Ömərin ordusu məğlub olaraq Təbrizə qayıtdı. 1406-cı ildə Teymurilərə qarşı Təbrizdə üsyan baş verdi. Təbrizlilər kömək üçün Şirvanşah I İbrahimə müraciət etdi. I İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. Əhali I İbrahimi mehribanlıqla qarşıladı və onu öz hakimi kimi tanıdı. Beləliklə, qısa müddətə də olsa, Şirvanşah I İbrahim Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında vahid halda birləşdirdi. Lakin o, Təbrizdə möhkəmlənə bilmədi. I İbrahim məcburiyyət qarşısında Təbrizi tərk etməli oldu. Şəki hakimliyi. XIV əsrin 30-cu illərində Hülakülər dövlətinin tənəzzülü və parçalanması nəticəsində bir sıra müstəqil dövlətlər meydana çıxdı. Azərbaycanın şimalında Şirvanşahlar dövləti ilə yanaşı, Şəki feodalları da daxili müstəqillik əldə etdilər. Şəki hakimliyi Əmir Teymura qarşı. Əmir Teymurun yeni yürüşü zamanı Şəki ərazisi Teymurilərin təcavüzünə məruz qaldı. Gürcü qüvvələri ilə ittifaq bağlayan Şəki hakimi Seydi Əli Əlincə qalasına hücum edir və uzun müddət mühasirədə qalan Cəlairi sultanı Tahirə kömək edir. Teymurilərlə döyüşdə Seydi Əli həlak olur. Onun yerinə oğlu Seydi Əhməd gəlir. Seydi Əhməd Şirvanşah I İbrahimin himayəçiliyi ilə Əmir Teymurun hüzuruna gedir. O özü ilə qiymətli hədiyyələr aparır və 6000 at verir. Əmir Teymur Seydi Əhmədi Şəki hakimi kimi tanıyır. Şəki hakimliyi XV əsr Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş və müstəqilliyini mühafizə etmək uğrunda mübarizə aparmışdır.
5.Qaraqoyunlu dövləti.Qaraqoyunlu dövlətinin yaranması və güclənməsi Qara Məhəmmədin oğlu Qara Yusifin hakimiyyəti dövrünə təsadüf edir. Azərbaycan uğrunda mübarizəyə yenidən qoşulan Qara Yusif teymuri Əbu Bəkri ilk dəfə 1406-cı ildə Naxçıvan yaxınlığında Araz çayı sahilində baş verən döyüşdə, ikinci dəfə isə 1408-ci ildə Təbriz yaxınlığındakı Sərdrud düzündə məğlub etdi. Bununla da teymurilərin Azərbaycanın torpaqlarındakı hakimiyyətinə son qoyuldu və hakimiyyət Qaraqoyunluların əlinə keçdi. Qaraqoyunlu dövləti Cahanşahın hakimiyyəti dövründə. İskəndərin ölümündən sonra taxta Cahanşah (1436-1467) çıxdı. Şahruxun ölümü və Teymurilər dövlətində baş verən hakimiyyət çəkişmələri Cahanşahın fəallaşmasına şərait yaratdı. Artıq müstəqil siyasət yürüdən Cahanşah dövlətin iqtisadi və hərbi qüdrətini bərpa etmək üçün tədbirlər gördü. Hərbi islahat keçirərək ordunu gücləndirən Cahanşah Kiçik Asiyada əsas rəqibi olan ağqoyunlularla mübarizədə uğur qazana bilməsə də, XV əsrin 50-ci illərində Əcəm İraqını, İsfahan və Qum şəhərlərini, Yəzd və Kirmanı ələ keçirdi. 1467-ci ildə baş verən Muş döyüşündə Cahanşah əsas rəqibi olan ağqoyunlu Uzun Həsən Bayandura məğlub oldu və öldürüldü. Muş məğlubiyyəti Qaraqoyunlu dövlətinin tənəzzülünü sürətləndirdi. 1468-ci ildə Qaraqoyunlu dövləti süqut etdi.

Yüklə 22,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin