Plan: Azərbaycan XIII-XV əsrlərdə. Azərbaycan XIII-XV əsrin əvvəllərində monqolların yürüşləri dövründə



Yüklə 22,47 Kb.
səhifə4/5
tarix23.11.2022
ölçüsü22,47 Kb.
#69978
1   2   3   4   5
Sənəd (1) (6)

6.Ağqoyunlu dövləti. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur. Ticarətə böyük önəm verən Həsən bəy Bayandur Qara dəniz sahilində yerləşən Trabzon krallığı ilə qohumluq əlaqələri quraraq müttəfiq olmuşdu. Kiçik Asiyadakı xristian mülklərini ləğv etmək və Şərqdən gələn ticarət yollarına nəzarəti ələ keçirmək istəyən II Mehmet bu dəfə ağqoyunlu tacirlərinin Qara dənizə mühüm çıxış məntəqəsi olan Trabzonu hədəfə aldı. Trabzon məsələsi Ağqoyunlu- Osmanlı münasibətlərini daha da kəskinləşdirdi. 1461-ci ildə Bizans imperiyasının son qalığı olan Trabzon krallığı süqut etdi. Qohumluq əlaqələrini əsas gətirən Saray xatun Trabzon xəzinəsinin bir hissəsini II Mehmetdən ala bildi. Uzun Həsənin ölümündən (1478) sonra hakimiyyətə onun oğlu Sultan Yaqub gəldi. Onun 12 illik hakimiyyəti Ağqoyunlu dövlətinin durğunluq dövrü kimi səciyyələndirilir.
7.Ərdəbil hakimliyi. XIII əsrin sonunda dərviş ordenlərindən biri də Azərbaycanın Ərdəbil şəhərində yaranmışdır.XV əsrin ortalarından etibarən Səfəvilər uğurlu yürüşlər keçirərək böyük qənimətlər əldə edir və tədricən Ərdəbildə öz mövqelərini möhkəmləndirirdilər.1470-ci ilin əvvəllərində Padşah Uzun Həsən Ərdəbilə gəldi və Şeyx Heydəri təntənəli surətdə ordenin irsi taxtına oturtdu. Şeyx Heydərin 1488-ci ildə Şirvana yürüşü zamanı Şirvanşah Fərrux Yasara kömək etdi. Şahdağın ətəyində Şirvanşah və Ağqoyunluların birləşmiş qüvvələri ilə qızılbaşlar arasında qanlı döyüş baş verdi.Şeyx Heydər öldürüldü.Sultan Yaqub Ərdəbili işğal etdi, Şeyx Heydərin oğlanları: Sultanəli, İbrahim və hələ iki yaşı tamam olmamış İsmayılı əsir aldı. Onlar Şiraz yaxınlığında İstəxr qalasında dörd il yarım saxlanıldı.1492-ci ildə hakimiyyətə gələn Ağqoyunlu Rüstəm Mirzə onları həbsdən azad etdi, Sultanəlini Ərdəbilə qaytardı və onu müstəqil hakim kimi tanıdı. 1494-cü ildə Sultanəli Ərdəbil yaxınlığında Şəməsi adlanan yerdə Ağqoyunlu qoşunu ilə döyüşdə öldürüldü. Ağqoyunlular yenidən Ərdəbili zəbt etdilər.

Yüklə 22,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin