Plan: Azərbaycan XIII-XV əsrlərdə. Azərbaycan XIII-XV əsrin əvvəllərində monqolların yürüşləri dövründə



Yüklə 22,47 Kb.
səhifə5/5
tarix23.11.2022
ölçüsü22,47 Kb.
#69978
1   2   3   4   5
Sənəd (1) (6)

8.Mədəniyyət Elm, təhsil. Bu dövrdə dünya şöhrətli Azərbaycan alimi Nəsirəddin Tusinin rəhbərliyi altında 1259-cu ildə Marağada və XIV əsrin əvvəlində Şam-Qazanda tikilmiş rəsədxanalar Şərqdə astronomiya elminin mərkəzinə çevrilmişdi. Azərbaycanın təkcə cənub ərazisində 67 şəfa evi var idi. Ölkədə daruxanalar (apteklər) da fəaliyyət göstərirdi. Memarlıq, incəsənət. Monqolların ikinci yürüşü nəticəsində dağıdılan Gəncə şəhəri 1239-cu ildən bərpa olunmağa başladı. XIII—XIV əsrlərin qovşağında Sultaniyyə və Mahmudabad şəhərləri salındı. Təbrizdə Elxani vəziri Tacəddin Əlişahın tikdirdiyi “Əlişah məscidi” sonralar Ərk qalası kimi tanınmışdır. Təbrizli usta Yusif ibn Əhmədin 1319-cu ildə düzəltdiyi bədii naxışlı kasa Londonda Viktoriya və Albert muzeyində, Əbdüləziz ibn Şərafəddinin Əmir Teymurun sifarişi ilə 1399-cu ildə düzəltdiyi tiyan isə Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır.Ədəbiyyat. XIV yüzillikdə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin dövrün sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən biri hesab edilir.
Yüklə 22,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin