Təzyiq altında sementlənmə
Təzyiq altında sementlənmə doldurma borusu ilə əks və təmir sementləməsinə aiddir. Əks sementləmə–qoruyucu kəmərin belə sementlənməsi sement məhlulunun və basqı mayesinin boruarxası fəzaya vurulması və kəmər vasitəsilə quyu agzına çıxmasıdır. Əks sementləmə çox az tətbiq edilir, əsas udulma təhlukəsi olduqda, harada kı, birpilləli sementləmə mümkün deyil. Əks sementləmə zamanı qoruyucu kəməri quyuya əks klapansız və dayaq halqasız endirilir. Quyu yuyulduqdan sonra qoruyucu kəmərin yuxarı ucuna yüksək təzyiqli kranla başlıq bağlanır. Başlığı qazıma qurğusunun dövran sistemli ötürücü borusu ilə birləşdirirlər. Boruarxası fəzanı preventor vasitəsilə hermetikləşdirirlər. Sement məhlulu bilavasitə kəmərarxası fəzaya vurulur, sıxışdırılan qazıma məhlulu qoruyucu kəmər içərisiylə yuxarı qalxır və quyuağzı başlıq və boru xətti ilə dövran sisteminə istiqamətlənir. Əks sementləmə zamanı ən çətin an sement məhlulunun ilk hissəsinin qoruyucu kəmərin başmağına yaxınlaşdığı vaxtdır. Bu işi etibarlı yerinə yetirmək üçün qamma-karotaj cihazından istifadə edirlər. Belə cihazı quyuağzı başlıqdan keçərək kabel vasitəsilə quyuya endirirlər və başmaqdan 100-200m hündürlükdə yerləşdirirlər. Cihazın kəmərdə endirilmə dərinliyini və bu dərinlikdə başmağa qədər olan hissədə kəmərarxası fəzanın həcmini bilərək, quyuya maye vuran nasosların sərfinə görə sement məhlulunun bu hissəni doldurma və kəmər içərisinə daxil olma vaxtını təyin etmək olar.Əks sementləmədə quyu divarına göstərilən təzyiq birpilləli sementləməyə nisbətən azdır.Neft quyularında təmir izolyasiya işləri aparılan zaman N.K.Baybakov üsulu ilə sementləmə geniş tətbiq edilir (şəkil 2.3).
Şəkil 2.3.Baybakov üsulu ilə sementləməninsxemi: 1,2,3,4,5,6,7–kranlar; 8-sementələmə aqreqatları; 9–doldurma borusu.
3. Quyuların sementlənməsi üçün avdanlıqlar
Quyuların sementlənməsi üçün lazım olan avadanlıqlara, sementləmə aqreqatları, sementqarışdıran qurğu, sementləmə başlığı, sementləmə tıxacları və başqa xırda avadanlıqlar (yüksək təzyiqli kranlar, məhlul paylayıcı qurğu, elastik metal şlanq və.s).
Sementləmə aqreqatının köməyilə sementin qarışdırılması (əgər sement qarışdırıcısından istifadə edilməsə) yerinə yetirilir, sement məhlulu quyuya vurulur və boruarxası fəzaya sıxışdırılır. Bundan başqa sementləmə aqreqatı başqa işləri görmək üçün də istifadə edilir (sement körpüsünün qoyulması, neft vannası, qoruyucu kəmərlərin hermetikliyinin yoxlanması və.s). İşin xarakterindən asılı olaraq sementləmə aqreqatları hərəkət edən tipdə hazırlanır, belə ki, bütün lazım olan avadanlıqlar yük maşınında quraşdırılır. Açıq özüldə yük avtomobilinə quraşdırılır: qoruyucu kəmər borusuna sement məhlulunu vurmaq üçün yüksək təzyiqli porşenli nasos, sement məhlulu hazırlanan zamanı sement qarışdırıcısına su vurmaq üçün rotasiya nasosu, sement məhlulunu sıxışdırmaq üçün kəmərə vurulan mayenin miqdarını təyin etmək üçün ölçü çənləri, nasosu hərəkətə gətirmək üçün mühərrik (şəkil 3.1).
Qoruyucu kəmərləri sementləmək üçün müxtəlif tipli sementləmə aqreqatları (SA) tətbiq edilir. SA 320 A; SA 320 S: 3SA 400 A; UNB 2–630–50; UNB 2 – 160, UNB – 400–40. Bunlar bir-birindən nasosun hidravliki gücü ilə fərqlənirlər.
Sementləmə prosesində tamponaj-sement məhlulu hazırlamaq üçün hidrovakkum tipli qarışdırıcı ilə təchiz olunmuş sement qarışdırıcı qurğu tətbiq edilir. Qarışdırıcı aqreqat 3AQ–30, sement qarışdırıcı qurğu SQ–630, xüsusi tapşırığa əsasən hazırlanan SQM–25 buraxılır.
Şəkil 3.1. Sement məhlulunun vurulması:
1-ölçü çəni; 2- sement nasosu; 3- gücün seçilmə qutusu;
4- maşının ötürücü qutusu; 5- rotasiyon nasos;
6- sement qarışdırıcısı; 7- sement bakı
Sementləmə başlığının vəzifəsi quyuların yuyulması və sementləməni yerinə yetirməkdir. Quyuya endirılmış qoruyucu kəmər xüsusi sementləmə başlığı ilə təchiz olunur və vurucu boru xətti ilə (manifold) sementləmə aqreqatına birləşdirilir. Hazırda aşağıdakı tipdə sementləmə başlığı tətbiq olunur: SBU–140–146; SBU–16 v; SBU–245; SBU–243; SBU-324; SBU-340 (şəkil 3.2).
Sementləmə başlığı SBU-nun quruluşu maksimum 40 MPa təzyiqə hesablanmışdır. Qoruyucu kəmərə bağlanan sementləmə başlığının diametri 140-340 mm olur.
Sementləmə tıxacı qoruyucu kəmərin sementlənməsi zamanı qazıma məhlulunu və basqı mayesini sement məhlulundan ayırmaq və sement məhlulunun sıxışdırılmasının sonunu bildirən xəbərdarllığın alınması üçündür (şəkil 3.3).
Şəkil 3.2 Quyuağzı sementləmə başlığı:
1-qapaq; 2- üstəlik qayka; 3- tıxac kranı; 4- sementləmə tıxacı;
5-stopor vinti; 6- sarğı ünsürləri; 7- gövdə
Şəkil 3.3. Sementləmə tıxacları:
a-şağı tıxac; b-yuxarı tıxac; c- rezin tıxac
İkipilləli sementləmə zamanı xüsusi sementləmə tıxaclarından istifadə edirlər (şəkil 3.4).
Şəkil 3.4 İkipilləli sementləmə üçün tıxaclar:
a-aşağı; b-yuxarı
Dostları ilə paylaş: |