Plan Quyular haqqında ümumi məlumat Quyuların sementləmə üsulları Quyuların sementlənməsi üçün avdanlıqlar



Yüklə 0,76 Mb.
səhifə2/6
tarix25.12.2022
ölçüsü0,76 Mb.
#77823
1   2   3   4   5   6
Sementləmə

2.Quyuların sementlənmə üsulları
Neft və qaz quyularının qazılması neft və qaz layları ilə yer səthi arasında əlaqə yaratmağa imkan verir. Ancaq faydalı qazıntıların çıxarılması üçün etibarlı kanalın olması çox vacibdir. Bu kanal neft və qazın maneəsiz nəqlini təmin etməlidir. Quyuya qoruyucu kəmərlərin endirilməsi və kəmər arxasının sementlənməsi məhz bu məqsədə xidmət edir. Bunun üçün laylar bir-birindən təcrid edilməli və quyu divarı möhkəmləndirilməlidir. Yalnız bu halda quyunun uzun müddət istismar edilməsi təmin edilir.
Quyunun möhkəmləndirilməsi və layların təcrid edilməsi quyuda görülən son işlərə aid edilir. Layları bir-birindən ayırmaq üçün qoruyucu kəmər içərisinə vurulan sement məhlulu quyudakı qazıma məhlulunu sıxışdırıb çıxarır və basıcı mayenin köməkliyi ilə kəmərarxası fəzada hesab­lanmış hündürlüyə qaldırılır. Sement məhlulunun boruarxası fəzaya sıxışdırılıb çıxarılması quyunun sementlənməsi prosesi adlanır. Xüsusilə dərin quyuların sementlənməsi çox məsul bir işdir və bu işdə kiçik bir uyğunsuzluq əvvəl görülən bütün işləri və müvəffəqiyyətləri heçə endirə bilər. Keyfiyyətsiz sementləmə çox hallarda quyuda baş verən qaz neft təzahürlərinin, qrifonların, açıq neft və qaz fontanlarının baş verməsinin yeganə və əsas səbəbkarı olur, məhsuldar layda neft və qazın ehtiyatını düzgün təyin etməyə imkan vermir, neftin, qazın və suyun bir laydan başqa laya axmasına səbəb olur, məhsuldar qatın tez sulaşmasına şərait yaradır və s. Keyfiyyətli sementləmə isə yuxarıda qeyd edilən bütün nöqsanları aradan qaldırır, yerin təkini qoruyur, ekologiyanı mühafizə edir. Odur ki, quyunun keyfiyyətlə sementlənməsi çox ciddi iş olmaqla yanaşı, həm də vacib məsələdir və bu işə böyük məsuliyyətlə yanaşmaq lazımdır.
Qoruyucu kəmərlərin sementlənməsi üsulları.
Bütün sementləmə üsulları bir məqsədə xidmət edir: boruarxası fəzadakı qazıma məhlulunu sement məhlulu ilə sıxışdırıb çıxarmaq və kəmər arxasında sement məhlulunu tələb olunan yüksəkliyə qaldırmaq. Bunun nəticəsində boruarxası fəzada yerləşən laylardakı bütün mayelərin, yaxud qazın bir-biri ilə əlaqəsi kəsilir və boruarxası fəzada bütün növ təzahürlərin qarşısı alınır, məhsuldar qat kənar suların təsirindən azad edilir, uçulmaya meylli süxurların uçulmasının qarşısı alınır, qoruyucu kəmərin lay sularının təsirindən korroziyaya uğramasına imkan olmur, məhsuldar obyektlərin uzun müddət izolə edilmiş şəkildə qalması təmin edilir.
Vaxtdan asılı olaraq iki cür sementləmə üsulu mövcuddur: ilkin və ikinci (təmir, bərpa, təkrar) sementləmə üsulları. İlkin sementləmə üsulu quyu müəyyən dərinliyə qazıldıqdan sonra aparılır. Birinci üsulda, yəni ilkin sement­ləmə­­dən sonra kəmərin hermetikliyini yoxlamaq məqsədilə onun içərisinə aqreqatın köməyi ilə maye vurmaqla əlavə təzyiq yaradırlar və 30 dəq gözləyirlər. Əgər sınaq təzyiqi 3 5 atm-dən çox aşağı düşərsə kəmər hermetik hesab edilmir. Bu sınaq təzyiqi, diametri 426mm-dən 194mm-ə qədər olan kəmərlərdə 50-75 atm, diametri 168mm-dən–127mm-ə qədər olan kəmərlərdə isə 90120 atm arasında olur. İkinci üsulda kəmərin hermetikliyini yoxlamaq üçün isə dərinliyi 500 m-dən 2000 m-ə qədər olan quyularda kəmər içərisindəki mayenin səviyyəsi 500 m-dən-800 m-ə qədər, dərinliyi 2000 m-dən çox olan quyularda isə ən azı 1000 m kəmər içərisindəki mayenin səviyyəsi aşağı salınır və 8 saat gözlənir. Dərinliyi 1000 m-dən çox olan quyularda kəmər içərisindəki səviyyə 2 m-dən çox qalxarsa, kəmər hermetik hesab edilmir.
Ümumiyyətlə, kəmər hermetik hesab edilməzsə quyuda ikinci sementləmə işi aparılmalıdır (təkrar sement­ləmə, boru arxası sementləmə, təmir məqsədilə sementləmə və s), yəni başqa sementləmə üsullarından istifadə etməklə quyunun hermetikliyini bərpa etmək lazımdır.
Birinci sementləmə üsulundan xeyli sonra aşağıda qeyd edilən hallarda əlavə sementləmə əməliyyatı aparılır: kəmər arxasının hermetikliyinin pozulması, kənar suların təzahürü, boruarxası fəzada qazın hərəkəti və ya sızması.
Ümumiyyətlə, aşağıdakı sementləmə üsulları vardır: bir pilləli sementləmə, ikipilləli sementləmə, quyruq kəmərinin sementlənməsi, manjet üsulu ilə sementləmə, təzyiq altında sementləmə, buna Baybakov üsulu ilə sementləmə də deyirlər.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin